Bəşər sivilizasiyası xeyli sayda hikmət sahibləri yetişdirmişlər. Onlar öz aralarında dəyərli ideyalar, nəzəriyyələr, mülahizələr söyləmiş və hətta fikirlərini əsaslandırmışlar. Eləsi də olub ki, həmin şəxsin adı ilə bir cərəyan kimi dünyaya yayılmışdır. Həməsrlərini ədalətə, insanlığa və mübarizəyə səsləmişdir: Zərdüşçülük (Zərdüşt), Buddizm (Budda), Konfutzim (Konfutsi), Pifaqorçular (Pifaqor), Epikurçular (Epikur) və sairlər. Maraqlı odur ki, bu tarixi simalar özlərindən sonra birmənalı belə qarşılanmışlarsa, zamanların dönəmində ideyalarını qəbul etmişlər. Və çağdaş 21 əsrdə bəşər nəsli onların yaradıcılığını öyrənməyə böyük ehtiyac duymuşlar. Bizim daima klassikaya, o cümlədən antik elmi dəyərlərə qayıtmağa, yaxşılarını mənimsəməyə ehtiyacımız vardır. Dərgimizin bu sayından etibarən “Dünyanın filosofları” rubrikası ilə antik və klassik filosoflar haqqında oxucularımıza məlumat verəcəyik.
Konfutsinin doğulduğu və yaşadığı dövr eramızdan əvvələ - 6-cı əsrə düşür. (551-ci il). Özünə qədər isə Azərbaycanda Zərdüşt, Hindistanda Budda kimi korifeylər dünyaya gəlmişdilər. Ümumiyyətlə, Şərq epoxası və onun üləmaları, sənət adamları İlahidən Yer üzərinə göndərilən bir pay idi ki, Qərb hələ də onlara borclu qaldıqlarını etiraf etməkdədirlər. Adətən, gələcəyin dahiləri, istedadları tamam başqa bir sahəyə meyilli olurlar. İdmana, səyahətə, vəkilliyə və sairəyə. Amma gələcək taleyindən, o qədər də xoşu gəlməyən zümrəyə də həvəsli olanlar istisana deyildi. Necə ki, Konfutsi gəncliyində çinovnikliyə qərar vermişdi və arzusunu həyata keçirdi. Sən demə, o, bu yolun yolçusu yox, sadəcə beş-altı addım gedəniymiş. Məmur işlədi və qısa müddətdə istefa verdi. Bəli, bu da bir mədəniyyətdir. İkinci yolla – müəlliməyə rəvac verdi. Qısa vaxtda Konfutsi geniş şöhrət qazandı. Yaxın-uzaq adamlar məsləhət üçün onun yanına gəlir və razı halda qayıdırdılar. Belə vaxtlarda onu daha çox qədim dövlətlərin tarixini öyrənmək maraqlandırırdı. Konfutsidən ən çox dərs alanlar isə varlıların uşaqları idi. Müəyyən pul topladıqdan sonra o, Çjoy sülaləsinin paytaxtı Loyan şəhərinə üz tutdu, yaşadı və tarixi öyrənməyə başladı. Hər halda ilk həvəs, məmurluq onu özünə çəkdi. Lu knyazlığında şəhər hakimi vəzifəsində işlədi. Özünü göstərdi. Şəhəri çox qısa müddətdə gözəlləşdirdi. Lakin şəxsi intriqalar, mənəvi hücumlar o həddə dirəndi ki, Konfutsi sanki yaxasını belələrinin əlindən qutarmaq üçün Vətənini tərk etdi...
Bəlkə də o, bu “uzaqlaşma” ilə çox şeyi əldə etdi – o mənada ki, zəngin təcrübə qazandı. Hakimlərin rəğbəti də ondan yan keçmədi. Bu 12 illik gəzinti Konfutsinin yaradıcılığına dərin təsirini göstərdi. İnsan üçün həyatda nəyi necə qazandığına diqqət etdi. İnsanın xobəxt yaşaması üçün “nə etməli” sualına cavab axtardı. Konfutsi quldarlıq epoxasının yetişdirməsiydi. Qədim Çin etikasında isə uzun müddət quldarlıq ideologiyası hakim idi. Və filosof səadət və həyatın mənası haqqında dünyagörüşünü camaat arasında təbliğini və təşviğini bacarmışdı. Onun fikrincə, səadətin və həyatın mənası geniş ölçüdə sədaqətə, itaətkarlığa gətirir. Lakin bu sədaqət bizim düşündüyümüz anlamda – adi insanların bir-birinə sədaqəti deyildi. Belə ki, insanların göydə Allaha, yerdə isə sahibkarlara sədaqətidir. Bu cür əsaslandırır ki, səadət itaətkarlığın müqabilində insana verilən mükafatdır.
Konfutsini səyahətin xoş təəssüratında da vətən nisgili daima düşündürürdü. O Vətən çoxmu uzaqlardadır? Sual filosof üçün əlçatmaz nisgildən doğulmuşdu. Lakin ömrünün 68 yaşında Vətənə qovuşdu: yardımçı isə vaxtilə dərs dediyi dövlətli şagirdləriydi, öz müəllimlərini hafizələrindən silməmişdilər. Və cəmi 4 il yaşamaq filosofa qismət oldu (479).
Elm, ideya, nəzəri mülahizələr onda daha çox inkişaf edir – alternativi meydana gəlir. Konfutsi konsepsiyalarının əleyhinə yeni Daosizm (dao – “yol” deməkdir) dini - əxlaqi təlim kimi özünü diqtə etdi və “xoşbəxtlik” anlayışını insanın təbii həyat prinsipilə bağladı. Bu isə, etikada Konfutsinin tamamilə inkar deməkdi. Sonralar qədim Çin filosoflarından Yan Çju (e.ə. 395-335) Konfutsizmlə yanaşı, daosizmi də rədd etdi. Xüsusilə, filosofun itaətkarlığı, mütiliyi qəbul etməməsi birdaşa Konfutsiyə yönəlmişdi. Lider Yan yazırdı ki, insan(lar) doğulduqdan və öldükdə bərabərləşir, amma bu, o demək deyil ki, insan yaşadıqda o mühitdə məkanda qeyri-bərabərlik bərqərar olur, olursa insanın təbiəti-ehtirası günahkar deyil.
Konfutsi fəlsəfəsində diqqətdə dayanan “üçlük”: insan – onun ailəsi – cəmiyyətdə mövqeyi məsələsi “yaxşı” və “pis” etikasını şərtləndirir. Daha doğrusu, yaxşı oğul – pis oğul; pis oğul – yaxşı ata – pis ata, yaxşı hökmdar – pis hökmdar hakim dairələr üçün uzun illər “baş ağrısına” çevrilmişdir.
Konfutsi ideyasında “yaxşı” şeylərin tərəfdarı olmuşdu, lakin belə bir ideyanın tətbiqi elə də asan görünmürdü və buna nail olmaq üçün özünün məşhur “davranış norması”nı irəli sürmüşdü.
Və “normalar” a səmimiyyət, sədaqət, hörmət, təvazökarlıq, güzəştlik və s. əxlaqi dəyərləri daxil etmişdi. Lakin bu keyfiyyətlərdə (dəyərlərdə) ifrata varmağı deyil, müəyyən həddi gözləməyi tövsiyə etmişdi. Konfutsi bu məsələdən danışarkən onu da vuğulamışdır ki, bunların qaranlıq üzvü tamam əksinə gətirib çıxara bilər. Məsələn: cəsarət – azğınlıq, hörmət – qorxaqlıq, doğruçuluq – tündməcazlıqla əvəzlənər.
Konfutsidə humanizm – insanpərvərlik daha çox hallanır və o, yazırdı ki, humanizm bütün yaxşı cəhətlərin məcmusudur. Oğlunun atasına, qardaşın qardaşına məhəbbəti humanizmin mənbəyidir. Oğullar atalarının nəsihətinə əməl etməli, valideynlər də öz növbəsində övladlarına qarşı mərhəmətli olmağa borcludur.
Konfutsidən yazanlar filosofun hökmdara münasibət məsələsinə birmənalı yanaşmamışlar, əsasən, onun hakim təbəqəyə güzəştdə, liberallıqda suçlamışlar. Filosof hakim siniflərin ağalığına xidmət göstərmişdir.
Belə bir fikrini də əsas götürmüşlər ki: “harada hökmdar hökmdardır – təbəqə təbəqədir, harda ata atadır, oğul oğuldur, deməli, orada qayda-qanun, əmin-amanlıq mövcuddur”. Bu fikri müsbətə yazarıqsa bir həqiqət olardı ki, məmləkəti ağıllı başlı (hökmdar) idarə edirsə, cəmiyyət qazanır. Yox, əksinə, buna filosof(lar), müdrik(lər) neyləsin. Konfutsinin də məqsədi odur ki, xalqın, ölkənin ağıllı hökmdara böyük ehtiyacı vardır.
Konfutsi xəbərdarlıq edirdi ki, hökmdarın vəzifəsi insanlara hədə-qorxu gəlmək olmamalıdır, əksinə, onları şürlu surətdə ruhi təmizliyə çağırmaq, səy etmək lazımdır. Filosofun bu fikri dövrü üçün mütərəqqi rol oynadı, amansız, qəddar psixologiyalı hökmdarlar bütün əsrlərdə olmuşlar və xalqa qarşı da amansızlaşmışlar. Bu baxımdan kəlam (fikir) hökmdarların siyasi və mənəvi davranışına müsbət təsir göstərmişdir. Onun kəlamları (Konfutsinin) vəfatından sonra şagirdləri tərəfindən “Düşüncələr və aforizmlər” kitabında toplanmışdır.
Konfutsi insan fenomeninə yüksək qiymət verərək yazmışdır ki, insan əsrini aydın başa düşəndə onun ovqatı sabitləşir, əhval-ruhiyyəsi sabitləşir, ürəkdə dinclik qərar tutur, ürəkdə dinclik olanda insan öz işini həyata keçirməyə qadir olur.
Konfutsi Şərq fəlsəfi məktəbinin banilərindən biri sayılır. Bunun başlıca səbəblərindən önəmlisi dövrün siyasi və əxlaqi ab-havasını düzgün, çəkinmədən qiymətləndirməsiydi. Və bu ideyanın mərkəzində insan faktoru dayanırdı. Lakin o “insandır” deyə bu məxluqda yalnız yaxşı şeyləri görmək lazımdır qənaətindən uzaq idi. Qoy insan xeyirxah, alicənab, sadiq olsun, lakin bu keyfiyyətlərin o biri üzü özünü diqtə etməsin. Belə yanaşmanı, xüsusən, hökmdarlara tuşlayırdı. Konfutsi yazırdı ki, təbiətin yazı, payızı var, qışı, yayı var. Səhəri də, axşamı da. Lakin insanın siması bilinməzdir, hisləri çox dərinliklərdə gizlənibdir. Hətta üzdən xeyirxah görünənləri də var. İstedadlı adamlardısa, zahirən heç nədir? Adamları tanımaq üçün sınamaq lazım gəlir...
Konfutsi təbiətin sadə, intellektcə müdrik filosof olmaqla, bu polofonik yaradıcılıq üfüqləri fəlsəfəsinə hopmuşdu. Adətən, belə şəxsiyyətlər eraların kəsiyində ya unudulur, ya da tarixin dərin qatlarından yenidən üzə çıxılır və oxunur. Konfutsi sayağı. Bu gün həyatın dərkində və idarə olunmasında antik klassikaya yenidən qayıtmağa böyük ehtiyac duyulur.

Allahverdi Eminov,
pedoqoji elmlər üzrə
fəlsəfə doktoru
pedoqoji elmlər üzrə
fəlsəfə doktoru