Frensis Bekon (1561-1625)
Orta əsr fələsəfi tarixində F.Bekonun özünəməxsus yeri vardır. Onun adı hətta V.Şekspirin faciələrinə belə “şərik” çıxır. Bu əbədi mübahisəyə hələ də aydınlıq gətirilməmişdir. Təbii ki, belə vəziyyət Bekonun həm yüksək elitar ailədə doğulması, həm də aristokrat mühitində təmsil olunması ilə bağlıdır. Bu dahi filosof başqa imzalarla xeyli sayda ədəbi əsərlər də qələmə alıb. London Saray məmuru ailəsindən çıxan F.Bekon hüquq təhsili almışdır.
Onun “Təcrübələr”, “Yeni Atlantida”, “Orqanon” kimi əsərləri dünya şöhrəti qazanmışdır.
F.Bekonun fəlsəfəsində 3 predmet aparıcıdır. Allah, Ruh, İnsan. O, Allah və Ruhu dərkolunmaz hesab edir: - “Yalnız insan bədənini dərk etmək mümkündür”, - deyir.
Yüksək biliyə və savada sahib kəsilən F.Bekon biliklərin yenilməz gücünə inanırdı və göstərirdi ki, insan bilikalma vasitəsilə sonsuzluğa yüksəlir. Bilik insan varlığını təmizləyir, dünyagörüşünü artırır.
F.Bekonun fəlsəfəsində səadət və həyatın mənası bir konsepsiya kimi qoyulmuşdur. O, sensualist-materializm mövqeyindən məsələyə yanaşaraq bildirmişdir ki, anadangəlmə, əbədi və dəyişməz əxlaq qanunu yoxdur, bütün əxlaqi ideyalar, o cümlədən səadət barədə fikirlər xarici mühitin insanın hiss üzvlərinə birbaşa təsirilə yaranır. Səadət hisslərindən və ehtiraslardan kənarda mövcud deyildir. Lakin bu, o demək deyildir ki, əxlaqi hərəkət və davranışlar idarə olunmalıdır, instiktivdir. F.Bekonun fikrincə, əxlaq bütövlükdə, yəni kokret səadət düşüncəsi elmi qanunlara tabedir və bu qanunlarla idarə edilir. Həqiqi əxlaq elmin qanunları ilə bağlıdır.
F.Bekonun yozumuna görə, elm qanunlarını riyaziyyat, mexanika və.s dəqiq elmlərin qanunlarını əxlaqi hadisələrə, insanın ruhu varlığına tətbiq etməklə insanı əsl xoşbəxtliyə qovuşdurmaq mümkün həqiqətdir.
Lakin elmi biliklərə yiyələnməklə insan əxlaqi hərəkətləri və davranışları üçün şüurlu olaraq məsuliyyət daşıya bilər. O cümlədən, əxlaqi mühakimələrində, düşüncələrində sərbəstlik əldə edə bilər.
Filosof etikada ifrat mücərrədliyi qəbul etmirdi və yazırdı ki, bu elm ən çox praktiki əxlaq məsələlərilə məşğul olmalıdır. Və etikanı dəqiq elmlər sırasında görmüşdür. Bekonun bu nəticəsinə digər ingilis filosofu Tomas Hobbs (1588-1679) gəlmişdir.
F.Bekon xalis fəlsəfə haqqında, xüsusilə elmi idrak metodu haqqında da fikirlərini irəli sürmüşdür. Dövründə və ondan çox sonralar bu haqda çarpazlaşan fikirlər (nəzəriyyələr) olmuşdur. F.Engels, T.Pavlov, əsrimizdə P.Kopkin, İ.Kuznetsov və başqalarının adlarını çəkə bilərik. F.Bekon xeyli fərqli şəkildə “metod” anlayışına münasibətində yenə “insan” faktoruna, yəni onun fəaliyyətinə üstünlük vermişdir. Belə ki, insan fəaliyyəti yalnız müxtəlif metodlardan istifadə sayəsində səmərəlidir, təsirlidir. Məhz ingilis filosofu metodun mühüm rolunu vurğulamaqla onu (metodu – A.E.) qaranlıq gecədə yolçunun yolunu işıqlandıran fənərə bənzədir. – Hətta düz yolla gedən çolaq belə, düz yolu olmayan, daşlı-kəssəkli yolla gedən sağlam adamı ötə bilər.
İdrak metodunun işləməsində əlbəttə, Dekartın (1569-1650) rolu danılmazdır. Lakin F.Bekonun da münasibətini unutmaq olmaz. O, “metod” problemini “Yeni orqanon” əsərində tədqiq etmişdir. İdrakın rasional metodlarını induksiya, deduksiya, təhlil, müşahidə və eksperimentdə axtaran Bekona görə, şeylərin obyektiv qanunauyğunluqlarının və struktur əlaqələrinin inikası kimi induksiya yeni biliyin alınması vasitəsi, şeylərin strukturunun və qanunlarının kəşfi üsuludur.
F.Bekon materialist olsa da, bu fəlsəfi cərəyan insan hisslərinin obyektiv “davranışı” ilə, əlvanlığı ilə bağlanmış, bu koteksdən çıxış etmişdir. Təsadüfi deyildir ki, K.Marks Bekonun materializmini öz poetik hissi təbəssümü ilə insanın üzünə gülümsəməsi kimi səciyyələndirmişdir.
Dahi filosofda İnsan və Təbiət ayrılmaz götürülmüşdür.
- İnsan təbiətin köləsi və şərhçisidir, yalnız təbiətə tabe olmaqla onu fəth edə bilər!
Tehsil-press.az