SİSERON (e.ə 106-43)

SİSERON (e.ə 106-43) Mark Tulli Siseron — Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi. Romada varlı, zadəgan ailəsinə mənsub olan Siseron bütün zamanların ən böyük natiqlərindən biri hesab edilir. Latın dilinin əsas fəlsəfə dili olmasında böyük xidməti olmuşdur. Maykl Qranta görə, Siseronun Avropa ədəbiyyatı və ideyalarına təsiri istənilən nasirin dilə xidmətindən daha artıqdır.

Həyatı
Mark Tulli Siseron e.ə. 106-cı ildə Romanın 100 kilometrliyində yerləşən Arpinum şəhərində anadan olmuşdur. Atasının Qədim Romada yuxarı təbəqəyə mənsub olması Siseronun erkən yaşlarından təhsilinə də ciddi təsir etmişdir. Siseronun soyadı qədim latın dilindəki cicer , yəni noxud sözündən gəlir. Plutarx qeyd edir ki, bunun da səbəbi Siseronun ulu babalarından birinin burnundakı noxudabənzər xalın olması ilə bağlıdır. İlk öncə hüquq sahəsində əla təhsil alan gənc Siseron , daha sonralar ədəbiyyat və fəlsəfə ilə məşğul olmağa başlamışdır. İş fəaliyyətinə məhkəmə sədri kimi başlasa da daha sonralar konsulluğa kimi yüksələ bildi. Romada hökm sürən təqiblərə görə bir illiyə ölkəni tərk etdi. Qayıtdıqdan sonra isə e.ə. 50-ci illərdə siyasi baxışlarından ötrü Marselə sürgün edildi, bir müddət orda yaşadı.
Siseronun müasir astronomiyaya da böyük təsiri olmuşdur. Səyyah və tədqiqatçı Nikolay Kopernik səyahəti zamanı Siseronun Yer kürəsi ilə bağlı fikirlərindən də istifadə etdiyini etiraf etmişdi.
Əsərlərinin əksəriyyəti dövrümüzə qədər gəlib çatan nadir müəlliflərdən biridir. Uzun illər senatın spikeri olmuş, siyasi həyatın burulğanlarında dəfələrlə təzyiqlərə məruz qalmışdır. Əsərləri əsasən nitqlərdən, məktub və traktatlardan ibarətdir. Siseronun əsərlərində Romanın e.ə. 81-ci ildən e.ə. 43-cü ilə kimi təxminən 40 illik bir dövrünün siyasi mənzərəsi əks olunmuşdur. Onun Mitridata, Katilinaya və Mark Antoniyə qarşı nitqlərində həmin adamların fəaliyyəti ilə bağlı məlumatlar da vardır. Katiliniyə qarşı dörd nitqi xüsusilə məşhurdur.
Dialoq formasında yazılmış fəlsəfi əsərləri eklektik məzmundadır. İdrak nəzəriyyəsində Siseron skeptisizmə meyl göstərmiş və hesab etmişdir ki, real təsəvvürləri real olmayan təsəvvürlərdən fərqləndirmək üçün meyar yoxdur. Siseron başlıca diqqəti etika problemlərinə verirdi.

Ailəsi
E.ə təxminən 79-cu ildə yuxarı təbəqəyə mənsub Terantiya ilə evləndi. Bu evlilikdən Siseronun qızı Tulliya və oğlu Markus anadan oldu. Qızının erkən yaşlarında ölümü ona həyatı boyunca unutmayacağı bir kədər bəxş etdi. Markusun da özü kimi fəlsəfə ilə məşğul olmasını istəsə də, Markus hərb sahəsini daha üstün tuttu.

Siseronun fikirlərindən:
- Qocaları işdən uzaqlaşdırmaq istəyənələrin gəmi üzərkən sükançının heç nə eləmədiyini iddia edənlər kimi heç bir əsası yoxdur.
- Deyirlər, qocalar hüşsuz olur; Femistokl bütün vətəndaşların adlarını bilirmiş;
Sotokl 90 yaşında da faciələr yazırmış.
Hələ eşitmişəm ki, hansı bir qocasa gizlətdiyi xəzinənin yerini unutsun.
- Gənc hələ nəyə ümid edirsə, qoca artıq ona nail olub.


Tehsil-press.az

Oxşar xəbərlər