Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarda özlərini ifadə etmirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və davranışları, düşüncülərinin də əlavə olunduğu unudulmamalıdır. Əslində uşaqların belə təqlidi onların iç dünyalarının üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir. O oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşdirirsə, ondan qisas almaq istəyirsə, o özü oyunda ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Əgər uşaq oyunda tez-tez əmr cümlələrində istifadə edirsə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər.
Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim “ata”, “müdir”, ”komandir” rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyyətlərinin inkişaf etdiyinə işarədir. Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu onda təşkilatçılıq edirsə və qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqların oyunlarını diqqətlə təhlil etməli və onlarla əldə etdiyi nəticələrə uyğun davranmalıdır.
Uşaqlar nədən qorxurlar?
Uşaqların qorxuları yaşlarına görə dəyişir. Hələ kiçik yaşlarda qorxuların əsas mənbəyi səslər olduğu halda yuxarı yaşlarda konkret qorxular ortaya çıxır.
2 yaş
Bu yaşda daha çox səslərlə bağlı qorxulardan söhbət gedə bilər. Məsələn, qatarın, yük maşının, tozsoranın səsi, həmçinin göy gurultusu və s. Digər tərəfdən qaranlığı, böyük və ya tünd rəngli əşyaları, həmçinin qara tüklü papaqları uşaqlar üçün “qorxulu” saymaq olar.
2 yaş yarım
Yatağının yerinin dəyişməsi, anasının yuxuya gedərkən yanından ayrılması, kiminsə qapıdan girməsi və s. kimi “kənar hərəkətlər” uşaqların qorxmasına səbəb ola bilər.
3 yaş
Bu yaşda ən çox vizual qorxulardan söhbət gedə bilər. Məsələn, qaranlıq, heyvanlar, polis ata-ananın gecə küçəyə çıxması və s.
4 yaş
4 yaşlı uşaqlarda qorxu əsas səslərlə bağlı olur. Xüsusilə, mühərrik səsi, qaranlıq, vəhşi heyvanlar, ananın evdən ayrılması və s. bu yaşda olan uşaqların qorxmasına səbəb ola bilər.
5 yaş
Bu yaşı o qədər də qorxulu saymaq olmaz. Əsasən bu yaşda vizual qorxulardan söhbət gedə bilər. Digər tərəfdən bəzi konkret qorxuları da (məsələn, yıxılmaq, əlini yandırmaq və s. kimi) bu yaşda olan uşaqlar üçün xarakterik saymaq olar.
6 yaş
“Çox qorxulu” yaşdır. Bu yaşda olan uşaqlar qapı və telefon zəngindən, həşərat və quş səsindən də qorxurlar. Konkret qorxulara gəlincə, bura su, od, fırtına, kabus, anasından ayrılmaq qorxusunu aid etmək olar. Həmçinin uşaqlar yataqlarının altında kiminsə olmasından da qorxa bolərlər.
7 yaş
Qaranlıq, zirzəmi, dam qorxusu bu yaşda olan uşaqlar üçün xarakterikdir. Onlar televizorda və ya kinoda gördüklərindən, hətta kölgələrindən də təsirlənə bilərlər.
8-9 yaş
Bu yaşlarda həyəcan və qorxular nisbətən azalır. Sudan və qaranlıqdan daha az qorxurlar. Artıq qorxuları daha realdır. Məsələn, bir işi yerinə yetirməmək, məktəbdə uğursuzluq və s.
Uşağınız qorxursa, nə etməlisiniz?
1. Uşağınızın qorxusuna təkminlə yanaşın.
2. Əksər qorxuların müvəqqəti olduğunu unutmayın.
3. Ona kömək etməzdən əvvəl qorxduğu şeylərdən təcrid etməyə çalışın.
4. Qorxduğu şeylərə alışdırmaq üçün məsələyə addım-addım yaxınlaşsın. Məsələn, yüksəklikdən qorxursa, nisbətən az yüksək yerlərə çıxarın. İtdən qorxursa, it balasına alışdırmaqla başlayın.
5. Uşağınızın nədən, nələrdən qorxduğunu yaş dövründən asılı olub-olmadığını müəyyən etməyə çalışın.
6. Uşağınızın qorxusu həddən artıq çoxdursa və ya keçmək bilmirsə, bunu mütəxəssislə məsləhətləşin.

Hazırladı:
Kəmalə RƏHİMLİ
Kəmalə RƏHİMLİ