"Dini siyasi alətə çevirmək ədalətsizlikdir və bu vasitədən istifadə edənlərin nə dinə, nə də imana aidiyyətləri var". Bunu Tehsil-press.az-a İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli bəzi dindarların radikal müxalifətin aksiyalarına qatılmalarına münasibətini bildirərkən deyib.
S.Məmmədli bildirib ki, özlərini “siyasətçi” adlandırıb, bəzi Qərb nümayəndəliklərinin qapılarından çəkilməyənlər şəxsi mənfəətləri və xəyanətkar siyasi ambisiyaları naminə dindar kəsimi öz sıralarına cəlb etməyə çalışırlar.
Onun sözlərinə görə, bu gün güclü və qüdrətli, regionda və dünyada öz sözünü deyən müstəqil Azərbaycan dövləti var, bu dövlətin, bu xalqın dəstəklədiyi Prezidenti var: “Cənab İlham Əliyev yürütdüyü uğurlu daxili və xarici siyasəti nəticəsində regionumuzda möhtəşəm qonşuluq siyasəti aparır, Rusiya, İran, Türkiyə və digər dövlətlərlə münasibətlərini ən üstün mövqeyə daşıyır. Azərbaycanı regional layihələrdə aparıcı qüvvəyə çevirir, o cümlədən, ölkəmizdə formalaşmış dinlər-məzhəblərarası dialoq formatını dünyaya bənzərsiz nümunə kimi təqdim edir. Bu gün müxtəlif dinlərə ibadət edən insanlar öz dini ayinlərini çox rahat şəkildə icra edirlər".
S.Məmmədli deyib ki, bəzi Qərb ölkələrinin Azərbaycandakı nümayəndəlikləri indi bu sabitliyi pozmaq üçün əllərində olan bütün imkanlardan istifadə etməyə cəhd göstərirlər: "Bunun üçün isə özlərini “siyasətçi” adlandıran radikal müxalifət təşkilatlarına hər cür maddi dəstək göstərirlər. Bu barədə mətbuatda kifayət qədər yazılar var. Belələri Qərb qurumları qarşısında özlərini təsdiq etməkdən ötrü hadisələri dərindən dərk etməyən, siyasətə qarışmayan dindar kəsimi özlərinə siyasi alət etməyə çalışırlar, onları öz aksiyalarına qatıb “narazı kütlə” imicini formalaşdırmağa səy göstərirlər. Bu, çox təəssüfedici bir haldır”.
Axund vurğulayıb ki, Azərbaycanın müstəqilliyini müdafiə etmək, ölkəmizi daxili və xarici düşmənlərdən qorumaq bizim ən əvvəl vətəndaşlıq borcumuzdur: "Ölkədəki siyasi-ictimai sabitliyi pozmağa çalışan bəzi adamlara səslənirəm və onlara sual edirəm: sizlər ömrünüzdə bir dəfə də olsa Allah evinin qapısını açmısınızmı? Məscidlərdə olmusunuzmu? Ömrünüzdə bir dəfə də olsa namaz qılmısınızmı? Xeyr, əsla! Ancaq biz bu kimi adamları Allah evinin qapısında deyil, hər dəfə Qərb nümayəndəliklərinin astanalarında görürük. Ona görə də buradan dindar qardaş və bacılarıma səslənirəm və deyirəm. Əziz mömin qardaş və bacılarım, bu kimi qrupların İslamla, müsəlman əxlaq və dəyərləri ilə kəskin ziddiyyətləri var, onlar dindarları aldadaraq öz məqsədlərini reallaşdırmağa çalışırlar. Ona görə də dəyərli dindarlar, xarici ölkələrin ermənisifətli fondlarından pul alan xəyanətkarlara inanmayın".
Tehsil-press.az