Portuqaliyanın Azərbaycan Respublikasında diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili, xanım Maria Joao Lopes-Cordaso Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq muxtar respubikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib.
Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan Naxçıvan Dövlət Universitetində dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar vardır. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini Türkiyə Respublikasının, İspaniya, Fransa, Cənubi Koreya, Rusiya Federasiyası, Rumınya və digər Avropa ölkələrinin ali məktəblərində uğurla davam etdirirlər. Rektor universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, elektron kataloq-kartoteka sisteminə malik müasir elektron kitabxanası haqqında qonağa məlumat verib.
Müvəqqəti işlər vəkili, xanım Maria Joao Lopes-Cordaso təmsil etdiyi diplomatik nümayəndəliyin qısa zaman kəsiyində iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı istiqamətində müəyyən işlər gördüyünü vurğulayıb, elm, təhsil sahəsində tərəfdaşlığın əhəmiyyətindən danışıb. Görüş zamanı elm, təhsil sahəsində əməkdaşlığın ilkin mərhələsi üçün prioritet məsələlər müzakirə olunub, müəyyən razılığa gəlnib.
Universitet kampusu ilə tanış olan xanım Maria Joao Lopes-Cordaso Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, universitet televiziyası, “Nuhçıxan” radiosu və Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olub, Universitet televiziyasına müsahibə verib.
Tehsil-press.az