BELARUS RESPUBLİKASININ SƏFİRİ UNİVERSİTETDƏ

BELARUS RESPUBLİKASININ SƏFİRİ UNİVERSİTETDƏ Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitet kampusu, maddi-texniki bazası ilə tanış olan beynəlxalq diplomata Elektrik  və maqnetizm laboratoriyasındakı müasir cihaz və avadanlıqlar, universitetin müasir elektron təhsil şəbəkəsinin idarə olunduğu İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi barədə məlumat verilib. Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastrukturu, Universitet Televiziyasında videodərslərn xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılması, universitetin internet portalındakı elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi, Universitet televiziyası, “Nuhçıxan” radiosunun fəaliyyəti qonaqda xüsusi maraq doğurub. Səfir Universitet televiziyasına müsahibə verib.
Görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada elm,təhsil sahəsində qazanılan nailiyyətlər, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, mövcud fakükltə və ixtisaslar haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan Naxçıvan Dövlət Universitetində dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar vardır. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini müxtəlif Avropa ölkələrinin tanınmış ali məktəblərində uğurla davam etdirirlər. Rektor universitetin müasir elektron təhsil şəbəkəsi və elektron sənəd dövriyyəsi barədə də danışıb.
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Azərbaycan-Belarus arasındakı tarixi dostluq əlaqələrindən bəhs edib, ikitərəfli münasibətlərin inkişafında digər sahələrlə yanaşı elm, təhsil sahəsində tərəfdaşlığın da zəruriliyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə səy göstərəcəyini bildirib. Görüş zamanı elm, təhsil sahəsində əməkdaşlığın təməlini qoymaq üçün müəyyən razılıq əldə olunub.


BELARUS RESPUBLİKASININ SƏFİRİ UNİVERSİTETDƏ

BELARUS RESPUBLİKASININ SƏFİRİ UNİVERSİTETDƏ

Tehsil-press.az
 


 

Oxşar xəbərlər