Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq. Bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi "Azerspace-1" peykindən siqnalları qəbul edən peyk antenası ilə təchiz olunmuş avtomobillər alacaq. Mənbə bildirib ki, avtomobil bütün peyk əlaqələri ilə təmin olunacaq: "Layihə pilot layihədir və təqimatı yaxın zamanlarda baş tutacaq". Azərbaycanın ilk geostasionar peyki "Azerspace-1" orbitə 2013-cü ilin fevralında buraxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər