İŞİD-dən kütləvi edam - 232 ölü

İŞİD-dən kütləvi edam - 232 ölü İŞİD İraqın Mosul şəhərinin iki rayonunda 232 nəfəri edam edib.

Tehsil-press.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iraqlı deputat, insan hüquqları üzrə komitənin sədri Əbdül Rəhim əş-Şamri bildirib. Millət vəkili bildirib ki, İŞİD döyüşçüləri Hammam əl-Əlil rayonunda 190, Əl-Aricdə isə 42 nəfəri edam ediblər. Qeyd edək ki, Mosul əməliyyatı oktyabrın 17-dən başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər