Tokioda “Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər Azərbaycan Dillər Universitetində yaradılmış “Kurosaka kitabxanası”nın təsisçisi, “Thomson Reuters” şirkətinin məsləhətçisi Munehisa Kurosaka ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq, yapon dilində kitabların Azərbaycanda, eyni zamanda Azərbaycan dilində ədəbiyyatın bu Gündoğar ölkədə yayılması, Tokio universitetlərində respublikamızın təbliği yolları barədə fikir mübadiləsi aparılıb.
M.Kurosaka bildirib ki, azərbaycanlı dostlarının xahişini nəzərə alaraq, yapon dilində kitabların Bakıya göndərilməsini təşkil edib. Azərbaycan Dillər Universitetində onun adını daşıyan kitabxanada hazırda yapon dilində 700-dən çox müxtəlif nəşrlər var. Eyni zamanda, bu məqsədlə Yaponiyada 10 minə yaxın kitab və digər nəşrlər toplanıb. Onların tezliklə Azərbaycana göndərilməsi ilə bağlı müvafiq iş aparılır.
Bu kitabların Azərbaycandakı yaponiyaşünaslar üçün əvəzedilməz mənbə olacağını bildirən Xəlil bəy Kələntər çəkdiyi əməyə görə M.Kurosakaya minnətdarlığını bildirib. Qeyd edib ki, həmin kitabxana Azərbaycanda Yaponiyanın öyrənilməsinə kömək etməklə yanaşı, eyni zamanda iki dost xalq arasında əlaqələrin inkişafına böyük təsir göstərir. Xəlil bəy Yaponiya universitetlərindən birində Azərbaycan dilində nəşrlərdən ibarət kitabxananın yaradılmasının da məqsədəuyğun olduğunu bildirib. Vurğulayıb ki, son illər dinamik inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycan barədə orijinal dildə nəşrlərdən məlumat alınması mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, həmin kitabxanada Azərbaycan haqqında digər dillərdə olan kitabların toplanması da faydalı ola bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlıq barədə razılıq əldə olunub.
Tehsil-press.az