Müstəqilliyimizin müqəddəs rəmzi
Azərbaycan bayrağı bizim dövlətçiliyimizin rəmzidir, milli təfəkkür və məfkurəmizdir.
1918-ci ildə Şərqdə ilk demokratik dövlət kimi tanınan Azərbaycan qısa bir müddətdə çox mühüm işlər görmüş, öz dövlət atributlarını - bayraq, gerb və himnimizi yaratmışdır. Üçrəngli Milli Bayrağımız Paris Sülh konfransında, digər mötəbər tribunalarda əzəmətlə dalğalanmış, suverenliyimizi bütün dünyaya bəyan etmişdir.
Azərbaycan hələ müstəqil olmayan bir dövrdə, 1990-cı il noyabrm 17-də Naxçıvan Ali Məclisində ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada uzun illərdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yenidən qaldırıldı.
Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Xalqımız qürur hissi keçirir ki, dünyanın ən uca bayrağı Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır.
Bu gün təməli ümummilli liderimiz tərəfindən qoyulmuş siyasi kurs onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Son illər ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlar əldə olunmuşdur.
Azərbaycanın siyası və iqtisadi qüdrətinin daim artmasının real bəhrələrini xalqımız öz güzəranının yaxşılaşmasında, problem və qayğılarının həllində görür və dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq ən düzgün və düşünülmüş kurs kimi dəstəkləyir.
Azərbaycan bu müstəqil siyasət yürüdür. Hər kəs bu siyasətin real nəticələrinin canlı şahididir.
Bu gün xalqımız yüksək nailiyyətlərlə öz əziz bayramını – Dövlət Bayrağı Gününü qeyd edir. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışı zamanı söyləmişdir:
“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda dalğalanacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”
Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız dünyann bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanmaqdadır. Müqəddəs bayrağımız bütün dünya azərbaycanlılarını azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə, daim bir olmağa səsləyir.

Fatimə Quliyeva,
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru