2016-cı il noyabrın 21-də və 23-də Xəzər Universiteti İqtisadiyyat və Menecment departamentinin müdiri Dr. Ceyhun Məmmədov 3-cü kurs bakalavr tələbələri ilə görüş keçirdi. O, yeni tədris planı haqqında məlumatlandıraraq, yaz semestrində təklif olunacaq fənlərin seçimində onlara mühüm məsləhətlər verdi. Bundan əlavə, tələbələrə 2017-ci ilin iyul ayında ixtisaslarına uyğun olaraq keçəcəkləri “təcrübə” haqqında məlumat verdi.
Görüş sual-cavab sessiyası ilə yekunlaşdı.
Görüş sual-cavab sessiyası ilə yekunlaşdı.
Mətbuat və İnformasiya Şöbəsi