Noyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin tələbəsi Günel Əsədullayevanın təşkilatçılığı ilə “Gənclərə həyat dərsi” layihəsi çərçivəsində Milli Məclisin deputatı Adil Əliyevlə görüş keçirildi. Görüşdə, həmçinin peşəkar kikboksinq üzrə dünya şöhrətli idmançı Eduard Məmmədov, aprel döyüşlərində bir gözünü və bir ayağını itirmiş kəşfiyyat qrupunun rəhbəri Kamil Musəvi, universitetin müəllim və tələbələri iştirak edirdi.
ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Milli Məclisin deputatı Adil Əliyev iştirakçılara həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, gənclərin dövlət və cəmiyyətin inkişafında rolundan danışaraq, tələbələrə təhsillərində uğurar arzuladı. Bir çox insanın tələbə olmaq arzusu ilə yaşadığını xatırladan deputat onlara bu imkandan səmərəli istifadə edərək ölkəmiz, xalqımız üçün yararlı kadr, vətənpərvər bir insan kimi formalaşmağı tövsiyə etdi.
Görüşdə qonaq qismində iştirak edən Eduard Məmmədov və Kamil Musəvi tələbələrə qarşılarına qoyduqları məqsədlərin ardınca inamlı addımlarla irəliləməyin, daim öz üzərilərində işləməyin, həmçinin vətən, xalq uğrunda birləşməyin vacibliyindən bəhs etdilər.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.

ADU-nun Mətbuat Xidməti