ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdü

ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdü Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomatlar” klubu “Ali Qonaqlar, Elmi Maraqlar” adlı yeni layihəyə start verdi. Layihənin ilk qonağı ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev oldu.
“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsinin məqsədi tələbələrin bir çox ictimai-siyasi xadimlərlə, nüfuzlu diplomatlarla görüşünün təşkili, ali təbəqənin bariz nümunəsi olan qonaqlarla müzakirələr aparmaq, həmçinin tələbələrin bu müzakirələrdən analitik nəticələr çıxararaq faydalı məlumatlar əldə etmək şansı qazanmaqdır.
Tələbələrlə görüşdən öncə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyevi salamlayaraq onu ADU-da görməkdən məmnun olduğunu bildirdi. O, “Diplomatlar” klubunun müxtəlif layihələr çərçivəsində universitetə bir çox ölkələrin səfirlərinin, dövlət nümayəndələrinin dəvət olunduğunu bildirdi və tələbələrin bu təşəbbüsünün universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, o cümlədən dəstəkləndiyini sözlərinə əlavə etdi.
Səmimi qəbula görə təşəkkür edən ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, millət vəkili Azay Quliyev universitetdə olmaqdan məmnunluğunu dilə gətirdi. O, tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək onlara hər zaman dəstək olmağın vacibliyini vurğuladı.
Sonra Azay Quliyevin tələbələrlə görüşü baş tutdu.
Qonağı tələbələrə təqdim edən ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev gərgin iş qrafikinə baxmayaraq dəvəti qəbul etdiyi üçün qonağa təşəkkür etdi. Tələbələrin bu görüşdən faydalı məlumatlar əldə edəcəyinə əminliyini ifadə edən fakültə dekanı onlara Milli Məclisin deputatı Azay Quliyevin ictimai fəaliyyəti, üzv olduğu beynəlxalq və yerli təşkilatlar haqqında geniş məlumat verdi.
Azay Quliyev tələbələri salamlayaraq universitet rəhbərliyinə, o cümlədən görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. O, beynəlxalq əlaqələrin qurulmasında və bu sahə üzrə kadr potensialının formalaşmasında Azərbaycan Dillər Universitetinin müstəsna rolunu vurğuladı.
“Qloballaşmış dünyada ATƏT-in fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Azərbaycanın çevik və milli maraqlarının qorunmasına əsaslanan geosiyasi gedişləri ilə beynəlxalq münasibətlər sistemində özünü təsdiq etdiyini dedi.
Çıxışında ATƏT-in sıralarında 3 qitədən 57 dövlətin cəmləşdiyini deyən Azay Quliyev bu qurumun BMT-dən sonra ikinci böyük təşkilat olduğunu qeyd etdi. Azərbaycan təmsilçisinin bu qurumda ali vəzifəyə seçilməsinin cənab prezidentin məqsədyönlü siyasətinin, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin nəticəsi olduğunu bildirdi.
ATƏT-in vitse-prezidenti Azərbaycanın hansısa geosiyasi qütbə inteqrasiyasından daha çox bərabərhüquqlu şəkildə əməkdaşlıq münasibətləri qurduğunu dedi. Cənab prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsində ildən-ilə dünyada ölkəmizlə yaxından əməkdaşlıq marağının yüksəldiyini deyən Azay Quliyev artıq hər kəsin Azərbaycanla ultimativ dildə danışmağın mümkünsüzlüyün dərk etdiyini vurğuladı.
Azay Quliyev QHT-lərin beynəlxalq aləmin önəmli aktorlarına çevrildiyini qeyd edərək gənclərin ölkəmiz üçün faydalı ictimai fəaliyyətini artırmalı olduqlarını bildirdi.
ATƏT-in vitse-prezidenti 2007-2013-cü illər ərzində Böyük Britaniya, Ukrayna, Serbiya, Rumıniya, Rusiya, Belarusiya və Gürcüstanda keçirilən seçkilərdə ATƏT PA-nın seçki müşahidə missiyasının üzvü, 2016-cı ildə isə keçmiş Yuqoslaviya Respublikası və Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA- nın seçki müşahidə missiyasının sədri kimi müşahidələrini, təcrübəsini tələbələrlə bölüşdü.
Azay Quliyev Milli Məclisdəki fəaliyyəti haqqında da bəhs edərək, qanun yaradıcılığı prosesi, müəllifi olduğu qanunlar və gələcəkdə müzakirəyə çıxarılması gözlənilən qanun layihələri haqqında danışdı.
Görüş tələbələri maraqlandıran müxtəlif sualların cavablandırılması ilə davam etdi.

ADU-nun Mətbuat Xidməti


ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdüATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdüATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdü

Oxşar xəbərlər