BDU-da Qazaxıstan Respublikasının Müstəqillik günü qeyd olunub

BDU-da Qazaxıstan Respublikasının Müstəqillik günü qeyd olunub BDU-nun Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzində Qazaxıstanın Müstəqillik gününün 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Qazaxıstanın keçdiyi inkişaf yolundan danışan mərkəzin rəhbəri Fatima Dursunovanın sözlərindən məlub olub ki, Qazaxıstan Respublikasının müstəqilliyi ilə bağlı Konstitusiya Qanunu 16 dekabr 1991-ci il tarixində qəbul edilib. Qazaxıstan bu illər ərzində gənc dövlət olmasına baxmayaraq, irimiqyaslı islahatlar həyata keçirib. 120-dən çox ölkə tərəfindən rəsmi olaraq tanınan Qazaxıstan 24 ildir ki, Azərbaycan ilə diplomatik münasibətlər quraraq bu əlaqələri inkişaf etdirir.
Tədbirdə türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər və kafedra üzvləri Qazaxıstan-Azərbaycan əlaqələrindən bəhs ediblər.
Sonda Qazaxıstanın müstəqillik tarixi ilə bağlı film nümayiş etdirilib. Qazax xalqının keçdiyi müstəqillik yolu əks etdirən kitab sərgisi təşkil edilib.

Mətbuat və İnformasiya şöbəsi


BDU-da Qazaxıstan Respublikasının Müstəqillik günü qeyd olunub

Oxşar xəbərlər