Bakı Dövlət Universitetinin Abay Mərkəzində “Ölkə tarixində şəxsiyyətlərin rolu” adlı tədbir keçirilib

Bakı Dövlət Universitetinin Abay Mərkəzində “Ölkə tarixində şəxsiyyətlərin rolu” adlı tədbir keçirilib Bakı Dövlət Universitetində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzində “Ölkə tarixində şəxsiyyətlərin rolu” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan-Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib. Qeyd edilib ki, qardaşlıq, qarşılıqlı yardım və strateji maraqlar üzərində qurulan əlaqələrin daha da inkişafında Azərbaycan və qazax xalqlarının milli liderləri - Heydər Əliyev və Nursultan Nazarbayevin müstəsna və əvəzolunmaz xidmətləri var. İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir milli liderlərə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər