18 oktyabr Dövlət Müstəqilliyi Günüdür

18 oktyabr Dövlət Müstəqilliyi Günüdür
Lümunət Kərimova,
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzinin direktoru, qabaqcıl təhsil işçisi


1991-ci il oktyabrn 18-də Azərbaycan parlamentinin qəbul etdiyi Dövlət müstəqilliyi haqqında Konstitusiya Akif ilə Azərbaycanın müstəqilliyi bərpa olundu, xalqımız arzuladığı azadlığına qovuşdu. Həmin gündən 25 il ötür, bu gün ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük qürur hissi ilə qeyd edirik.
Müstəqilliyin bərpasından sonra təhsil sahəsinə inkişafın mühüm amillərindən biri kimi xüsusi diqqət yetirildi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşırdı, özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi baxaraq bu sahəyə diqqət və qayğısını həmişə önə çəkirdi. “Təhsil millətin gələcəyidir” – deyən xalqımızın ümummilli lideri bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərdi, fəaliyyət istiqamətlərini müəyyən etdi.
Prezident cənab İlham Əliyev ümummilli liderimizin ideyalarını ləyaqətlə davam etdirərək bütün sahələrdə olduğu kimi, təhsilimizin inkişafına, dünya əhalisinə inteqrasiyasına, qabaqcıl təcrübələrin tətbiqinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə böyük diqqət yetirir, təhsili dövlət siyasətinin sas prioritetlərindən biri hesab edir. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2016-c illər çağdaş təhsilimizin tarixində vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən də təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur.
Məhz son 13 ildə ölkədə 3 mindən artıq məktəb binası tikilib, yaxud əsaslı təmir olunaraq təhsil üçün zəruri şərait yaradılıb. Bu istiqamətdə görülən işlərdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işəri də xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputat Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilabasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir.
18 oktyabr Dövlət Müstəqilliyi Günüdür
Bu illər ərzində ölkəmizin qazandığı uğurlar çoxdur. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvrliyinə və qurub-yaratmaq əzminə arxalanaraq 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Nüfuzu beynəlxalq miqyasda ilbəil məhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Respublikamızda keçirilən mötəbər beynəlxalq sammit, forum, sərgi, müsabiqə və yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın təzahürüdür.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsind Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilmişdir. Dövlət başçısı müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda da vurğulayıb ki, iyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil yaşaya bilərik, uğur qazana bilərik. Respublikamızın gözəlləşən şəhərləri, abadlaşan regionları və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə də bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir.

Oxşar xəbərlər