12 dekabr – Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür

12 dekabr – Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür
Müasir Azərbaycanın yaradıcısı


Deyirlər, tarix o zaman obyektiv olur ki, ona və dövrdəki proseslərə həm də böyük tarixi şəxsiyyətlər faktoru prizmasından baxasan. Tarix və zaman Heydər Əliyev kimi düyanın çiyninə yeni missiya qoymuşdu. Bu missiyanın adı xalqın xilası və tərəqqisinə nail olmaq idi. Yenidən hakimiyyətə qayıdışın mahiyyəti xalqı xaosdan, parçalanmaq təhlükəsindən xilas etmək idi. O, bu böyük qayıdışla Azərbaycanda tarixi missiyasını uğurla yerinə yetirdi.
Biz Azərbaycan tarixinə 40 ildən çoxdur ki, Heydər Əliyev şəxsiyyəti prizmasından baxırıq. Azərbaycana rəhbərlik edib, respublikanın suverenlik qazanması prosesinə qədər keçdiyi tarixi bir mərhələ də məhz onun adı ilə bağlıdır və müstəqillik illərində də Azərbaycan dövlətçiliyinin qurucusu və xilaskarı kimi tanınıb.
Müxtəlif xalqların tarixində tərəqqi və tənəzzül dövrləri olub. Yüksəliş dövrləri də millətin, xalqın liderləri ilə bağlıdır. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran içində boğulan, tənəzzüldə olan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi.
Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. "Əsrin müqaviləsi"nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən bu transmilli layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi, siyasi iradəsi sayəsində reallaşdırmaq mümkün olub.

12 dekabr – Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi elan etdi və insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi?
Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanm suverenliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri sırasına çıxarmaq, arzusunda olmuşdu. O, yorulmadan dünya dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərirdi. Bütün ölkələrdə onların mənəvi və mədəni həmrəyliyinin yaradılmasma, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.
Ulu öndərin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaq və qalib gələcəkdir. O, bütün mənalı ömrünü yalnız Azərbaycanın istiqlalı, müstəqilliyinin əbədiliyi, xalqının fıravan həyatının bərqərar olmasına sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlığını qazanması uğrunda gərgin mübarizə aparmışdır. "Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır". Bu ideya və prinsiplər Heydər Əliyevin həyat devizi, amalı olmuşdur.
Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız, ölkəmizin hərtərəfli inkişafı məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Sevindirici haldır ki, onun müəyyən etdiyi strateji inkişaf kursu bu gün inamla davam edir. Bütün ömrünü, həyatmı xalqma həsr etmiş bu müdrik insanın ideyaları indi onun layiqli davamçısı, Azərbaycan Respublikasmın Prezidenti İlham Əliyev tərəfindən reallaşır.


Rasim Mehdiyev,
Şuşa Humanitar Kollecin direktoru


Oxşar xəbərlər