Qafqaz Universitetində Misirdən dəvət olunmuş “Sənətdə multikulturalizm” mövzusunda hüsn-xətt sərgisi keçirilib.
Sərgi universitetin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi ilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilib.
Universitetdən tehsil-press.az-a bildirilib ki, tədbirdə məşhur misirli kalliqraf Əşrəf Eydin 20 ərəb kalliqrafiyasını əks etdirən sənət əsərləri nümayiş olunub.
Sərgi çərçivəsində “Multikulturalizmin reallaşdırılmasında dillərin rolu” mövzusunda seminar keçirilib.
Seminarda Qahirə Universitetinin “Darul-ulum” fakültəsinin professoru Əhməd İbrahim Dərviş çıxış edib. Azərbaycanı Qafqazın cənnəti adlandıran misirli qonaq buradakı multikulturalizmin digər ölkələrə örnək ola biləcəyini vurğulayıb.