Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “KCA Deutag” şirkəti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “KCA Deutag” şirkəti ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı qazma qurğuları və mühəndislik xidmətləri üzrə podratçı şirkət olan “KCA Deutag” şirkətinin nümayəndələri ilə görüşüb.
“KCA Deutag” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edən M.Babanlı bu münasibətlərin davamlı olmasını arzulayıb. Qonaqlara ADNSU-nun “Gündəlik təcrübə proqramı” barədə məlumat verən rektor əsas məqsədin tələbələrin gələcəkdə iş tapmasını asanlaşdırmaq olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu proqramda tələbələrin həftədə iki–üç dəfə dərsdən sonra öz ixtisaslarına uyğun olaraq istehsal müəssisələrinə təcrübəyə göndərilməsi nəzərdə tutulur. Məqsəd həm tələbələri müəssisə ilə tanış etmək, həm də onların buraxılış işlərini hazırlamasını asanlaşdırmaqdır.
Universitetdə hazırda 14 ixtisas üzrə ingilis dilində tədris aparıldığını diqqətə çatdıran rektor qonaqlara ADNSU-nun Azərbaycan və ingilis dillərində dərc olunan “Oil and İndustry” jurnalını təqdim edib.
“KCA Deutag” şirkətinin dənizdə neftçıxarma şöbəsinin rəhbəri Rune Lorentsen ADNSU ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

ADNSU-nun Mətbuat Xidməti


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “KCA Deutag” şirkəti ilə əməkdaşlığı genişləndirir

Oxşar xəbərlər