Mütəxəssislər ərzaqların soyuducuda saxlanma qaydalarından danışıblar

Mütəxəssislər ərzaqların soyuducuda saxlanma qaydalarından danışıblar Alimlər müəyyən məhsulların soyuducuda neçə müddət təhlükəsiz saxlandığını araşdırıblar.

Tehsil-press.az xəbər verir ki, tədqiqatlar nəticəsində balığın orijinal qablaşdırmadan çıxarıldıqdan sonra yalnız bir, çiy ət və ət məhsullarının isə iki-üç gün təhlükəsiz şəkildə soyuducuda saxlana biləcəyi bəlli olub. Bundan əlavə məlum olub ki, hisə verilmiş qızıl balıq iki həftəyə qədər, vetçina - iki gün, bekon - bir həftə, kolbasa məhsulları üç gün, tumsuz yumşaq meyvələr bir-iki, tumlu meyvələr üç-yeddi, salat üç, yaşıl tərəvəzlər üç-dörd, süd dörd-beş, yumşaq pendir iki-üç, bərk pendir və yumurta isə bir həftə soyuducuda qoruna bilər.
Danimarka Texniki Universitetinin mütəxəssisləri vakuum qablaşdırmanın təhlükəsizliyə zəmanət vermədiyini bildiriblər. Belə ki, bu qablaşdırmada müxtəlif ölümcül bakteriyaların ola biləcəyi istisna edilmir.
Ekspertlərin sözlərinə görə, vakuum qablaşdırmadan istifadə nəticəsində burada mövcud olan bir sıra bakteriyalara yoluxmuş xəstələrin dörddəbiri ölüm riski ilə üzləşir. Buna səbəb olaraq Listeria monocytogens patogenlərin oksigen çatışmazlığı şəraitində aqresivləşdiyi göstərilir ki, bu da onların insan orqanizminə daxil olduqda fəal hücuma keçmələri ilə nəticələnə bilər.
Elm adamlarının sözlərinə görə bu baxımdan süd, dondurma, pendir, ət, balıq və tərəvəz kimi ərzaqlar vakuum qablaşdırmada saxlandıqda insan orqanizminə təhlükə yaradır.

Tehsil-press.az

Oxşar xəbərlər