Səfir: ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklikdən danışmaq hələ tezdir

Səfir: ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklikdən danışmaq hələ tezdir ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişiklikdən danışmaq hələ tezdir.

Tehsil-press.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda Qadınların İKT Klubu - " Femmes Digitales" təşkilatı tərəfindən "AWITA 2017" mükafatlarının təqdimat mərasimində jurnalistlərə deyib.
Səfir bildirib: "Yeni hökumət hələ formalaşma mərhələsindədir. Prezident Donald Tramp əvvəl bəyan etmişdi ki, ABŞ-ın xarici siyasətində dəyişikliklər olacaq. Ancaq konkret dəyişikliklər haqqında danışmaq hələ çox tezdir".

Tehsil-press.az

Oxşar xəbərlər