Azərbaycan şərabları xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb.
Tehsil-press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
O qeyd edib: "Möhtərəm cənab Prezident. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Sizin tərəfinizdən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq, aqrar sənayenin inkişafı təmin olunub və sahibkarlar üçün əlverişli biznes mühiti yaranıb. Ölkə iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-nin ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd edilməsi ilə bağlı imzaladığınız Sərəncam biz sahibkarlara göstərilən diqqətin bariz nümunəsidir. Möhtərəm cənab Prezident, şərabçılıq Azərbaycanın ənənəvi istehsal sahələrindən biridir. Sizin bu sahəyə göstərdiyiniz diqqət, qəbul etdiyiniz qərar və proqramların icrası nəticəsində hazırda respublikamızda üzümçülük və şərabçılıq özünün yeni inkişaf mərhələsindədir".
E.Mədətov bildirib ki, ölkəmizin ayrı-ayrı bölgələrində üzümçülük sahələri genişləndirilir, yeni emal müəssisələri açılır, şərab istehsalının çeşidi isə artırılır. Daxili bazarda artıq yeni trend əmələ gəlir. İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib:
"Eyni zamanda, şərablarımız xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. Sizin tərəfinizdən 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib".
Assosiasiya sədri əlavə edib ki, çərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes-forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib: "Cari ildə isə dünyada ən önəmli sayılan Çin və Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik, müxtəlif ixrac missiyaları ilə şərablarımızı ölkə xaricində tanıdacağıq. Yaradılmış bu imkanlara görə Sizə çox minnətdarıq. Şərabçıların istehsal və ixrac sahəsində işinin koordinasiyasını təmin etmək üçün 2016-cı ildə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq. Assosiasiyamız bu sahədə fəaliyyət göstərən sahibkarları öz ətrafında birləşdirməklə, onların problemlərinin həllinə kömək göstərilməsinə, şərabçılıqla bağlı statistikanın təkmilləşdirilməsinə, ixracın artırılmasına, xarici bazarlarda daha güclü marketinq fəaliyyətinə çalışacaq.
Cənab Prezident, şərabçılıq sahəsinin potensialı böyükdür. Qarşımızda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və məqsədlər dayanır. Bununla bağlı assosiasiyamızın bir sıra təklifləri var: ilk növbədə, şərabçılıq və üzümçülük sahəsində yüksəkixtisaslı texnoloq və aqronomların hazırlanmasına, şərabçılıq məhsullarının regionlara və mikrozonalara ayrılaraq qorunması və xaricdə təbliğinə, şato tipli fərdi şərabçılığın inkişafına, müəssisələrdə dövriyyə vəsaitinin artırılmasına dövlət dəstəyinin daha da genişləndirilməsi, şərab məhsullarının istehsalı üçün bir sıra komponentlərin ölkə daxilində istehsalı.
Möhtərəm cənab Prezident, istehsalın artırılması və ixracın təşviqi ilə bağlı Sizin verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarlar bundan sonra da var qüvvəmizlə çalışacağıq".
Tehsil-press.az