Ağcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdir

Ağcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdir Bu günlərdə Ağcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində kəndin, rayonun dəyərli insanlarından biri, hamı tərəfindən yaxşı pedaqoq-müəllim kimi tanınan və sevilən, insanların savadlanması üçün daim çalışan, elmə-biliyə yüksək önəm verən, haqqın ədalətin tərəfdarı olan, onu tanıyan hər kəsin hörmətini və sevgisini qazanmış, yaradıçı müəllim, bacarıqlı məktəb direktoru Quliyev Mürşüd Yusif oğlunun “ 60 illik YUBİLEY“ tədbirinə yığışmışıdılar.
Məktəbin pedoqoji kolektivi və şagirdləri rayonda və eləcədə respublikamızın bir çox yerlərində adı hörmətlə çəkilən Quliyev Mürşüd Yusif oğlunun keçdiyi həyat yoluna, onun 40 illik pedaqoji fəaliyyətinə həsr olunmuş gözəl bir tədbir hazırlamışdır.
Qeyd edək ki, “ 60 illik YUBİLEY “ tədbirində Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə xanım, Ağcabədi RTŞ-nin müdiri Solmaz xanım Təhsil şöbəsinin aparıcı işçiləri, məktəb direktorları və rayonumuzun qabaqcıl ziyalıları və ağsaqqalları da iştirak edirdilər.
Mürşüd müəllim nəinki, kənd camaatının, nəinki rəhbəri olduğu pedaqoji kollektivin, eləcə də onu tanıyan insanların qəlbində öz layiqli yerini tutmuş bir müəllimidir. Dahilərdən kimsə deyib: “ Sənin işin birillikdirsə darı səp, işin 5-10 illiklərilə ölçüləcəksə bağ sal, ağac ək, yox əgər işin 50-100 illikləri əhatə edəcəksə onda insan tərbiyə elə ”. Mürşüd müəllim üçüncü yolu - İnsan tərbiyə eləmək yolunu seçdi.
Sonra söz məktəbin musiqi müəllimi, Şahin müəllimə verilir:
- Ömrünün çox hissəsini gənc nəslin təlim və tərbiyəsinə həsr edən Mürşüd müəllimin həyat və fəaliyyəti haqqında araşdırma aparmaq, söz demək bizim üçün həm şərəfli, həm də məsuliyyətli bir işdir. O, 1972-ci ildə Ağcabədi rayon Təzəkənd kənd “Komsomol” adına natamam orta məktəbin VIII-ci sinfini fərqlənmə ilə bitirərək Şəki Pedaqoji texnikumunun “İbtidati təhsilin pedaqogikası və metodikası” fakültəsinə imtahansız daxil olur. 1976-cı ildə həmin məktəbi bitirib müəllimlik diplomu alır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı ilə Ağcabədi rayon Təhsil şöbəsinə göndərilir.
Təbrik üçün söz qabaqcıl ziyalı-pedaqoq, müəllim-şair Tofiq Zeynallıya verilir:
- 1999-cu ilin iyul ayında Türkiyə Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Türk Təhsilini Tanıtma Mərkəzinin vizası ilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən göndərilən 24 nəfər məktəb direktoru arasında Mürşüd müəllim də içtirak edirdi. Onun peşəkarlığına, savadlı bir müəllim olmasına diqqət yetirən Türkiyə Təhsil Nazirliyinin nümayəndələri və Valiliyin yetkililəri onunla danışıqlar aparmış, onun qalmasını, qalarsa onun üşün hər bir şəraitin yaradıcılacağını bildirmişlər. Lakin, o doğma məktəbində işləməyə üstünlük vermişdir. Azəri-türk xalqının mənəvi yüksək keyfiyyətləri ilə fəxr edən Mürşüd müəllim vətəninə, elinə, obasına bu gündə bağlı bir insan kimi təqdirə layiqdir.
Üz tutub göylərə sarı ey çinar,
Belə məğrur- məğrur nə ucalırsan?
Çoxda qürrələnmə fani dünyadı,
İllər ötdükcə sən bil qocalırsan.

Hə, hörmötli qonaqlar, əziz müəllim və şagirdlər ! Kimsə deyib: “Cavanlığınla öyünmə, o keçəridir; Gözəlliyinlə öyünmə, o köçəridir; Var dövlətinlə öyünmə, onun bir adı VAR, bir adı YOX- dur. Müdrikliyinlə, yaxşı əməl sahibi olmağınla öyün, o həmişə səninlə qalar, səni qocalıqdan, çirkinlikdən, və yoxsulluqdan qoruyar.
Ey könül, fürsəti badə vermə gəl,
Gün keçir, ay ötür, il yaman gedir.
Yarat, sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir.

Sonra söz yubiliyar Mürşüd Quliyeva verilir:
- Əziz və hörmətli qonaqlar, Əziz Yubiley iştirakçıları !
Mənim 40 illik pedaqoji fəaliyyəitmdən, 60 il keçdiyi həyat yolundan çox gözəl söz açdınız, ürək duyğularınızı və fikirlərinizi ifadə etdiniz. Buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Əgər mən şagirdlərimin el-obamın ürəyində yaşayıramsa və onların sevgisini, məhəbbətini qazanmışamsa mənə bundan artıq düşünürəmki heçnə lazım deyil. Mən zəhmətimin bəhrəsini gördükcə sevinirəm və fəxr edirəm. Hamınıza təşəkkür edirəm, çox sağolun.


B. Leyla


Ağcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdirAğcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdirAğcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdirAğcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdirAğcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdirAğcabədi rayon C. Quliyev adına Təzəkənd kənd tam orta məktəbində Mürşüd Yusif oğlu Quliyevin anadan olmasının 60 - cı ildönümünə həsr olunmuş tədbir keşirilmişdir

Oxşar xəbərlər