Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşüb. Görüşdən sonra tərəflər mətbuat üçün birgə bəyanatlarla çıxış ediblər. Donald Tusk deyib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır.
Donald Tuskun bildirdiyinə görə, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.
Prezident Əliyev isə deyib ki, Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlara başlamaqdan çox məmnundur.Onun sözlərinə görə, Aİ-Azərbaycan əlaqələri çox məhsuldardır və yüksək səviyyədədir: “Əməkdaşlığımızı genişləndirmək üçün böyük potensial var. Aramızda çox aktiv siyasi dialoq mövcuddur, mütəmadi görüşlər keçirmişik. Ölkəmizdə siyasi məsələlər və siyasi islahatlarla bağlı müzakirələr aparırıq. Azərbaycanda demokratik islahatların inkişafına sadiqik”.
Prezident Azərbaycanın Aİ ilə birlikdə Cənubi Qaz Dəhlizi layihəsində aktiv iştirak etdiyini qeyd edib. “Bu, ən böyük enerji layihələrdən biridir, dəyəri 40 milyard dollardır. Bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. Cənub Qaz Dəhlizi layihəsinin icrası müvəffəqiyyətlə davam edir. Avropa əsas investorumuzdur və əsas ticarət tərəfdaşımızdır. Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik".
Dağlıq Qarabağ münaqişəsi barədə danışan Donald Tusk deyib ki, Avropa İttifaqı münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O bildirib ki, görüşdə münaqişənin sülh yolu ilə həlli də müzakirə edilib: “Bu münaqişə dayanıqlı deyil. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq hüququn normalarına əsaslanan siyasi həll tələb edir”.
D. Tusk görüşdə Azərbaycanda insan haqları və fikir azadlığı daxil olmaqla, əsas fundamental azadlıqların vəziyyətinin müzakirə edildiyini də söyləyib: “Biz hesab edirik ki, açıq cəmiyyət stabillik və rifah üçün əsas qarantdır. Biz bu məsələdə də əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik. Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Bu, qonşuluğumuzda qarşılaşdığımız çağırışlar fonunda çox vacib dəyərdir”.
İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyə görə Avropa İttifaqına təşəkkür edib. Prezident bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib: “Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri hələ də yerinə yetirmir. Bu qətnamələr Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, işğal 25 ildən çoxdur davam edir. Mən Avropa İttifaqına Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”.
Təhsil-press.az