Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) 18 oktyabr-Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş birgə tədbiri keçirilmişdir.
ADPU-nun 2 nömrəli tədris korpusundakı Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbiri giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov açmışdır. Natiq müstəqilliyin bərpa edilməsi tarixi və şəraiti barədə tədbir iştirakçılarını məlumatlandıraraq demişdir: “XX yüzilliyin qabarma və çəkilmələri Azərbaycan xalqının da başı üzərindən yan keçməmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılsa da, daxili çəkişmələr, xarici müdaxilə, həmçinin beynəlxalq təminatın olmaması üzündən müstəqilliyimiz cəmi 23 ay davam etmişdir. 18 oktyabr 1991-ci il tarixdə Ali Sovetin növbədənkənar sessiyasının qərarı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”ı qəbul edildi və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edildi. Bu qərardan sonra Azərbaycanı müstəqil dövlət kimi 1991-ci ildə Türkiyə (9 noyabr), Rumıniya (11 dekabr), Pakistan (13 dekabr), İsveçrə (23 dekabr), İran (25 dekabr), 1992-ci ildə isə ABŞ (23 yanvar), Rusiya (10 aprel) tanıdı. 2 mart 1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edildi. Dünyanın beş mindən çox milləti və xalqının 200-ə qədərinin dövləti vardır. Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki onun müstəqil dövləti vardır. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ildə onun itirilməsi təhlükəsi yarandı. Yalnız xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın müstəqilliyi möhkəmləndi, siyasi və iqtisadi islahatlar aparıldı. 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı ki, bu da ölkəmizin hərtərəfli inkişafında əvəzsiz rol oynadı. Hazırda bu siyasət Azərbaycanın Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan regionda söz sahibi olan ölkədir. Respublikamızın dünyada tanınmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var”. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.
Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova çıxış edərək Azərbaycanın müstəqillik qazanmasının böyük əhəmiyyətindən, ölkədə, o cümlədən Nərimanov rayonunda aparılan quruculuq işlərindən söz açdı. Azərbaycanın beynəlxalq aləmdəki nailiyyətlərindən, əhalinin sosial rifah halının yüksəldilməsindən, infrastrukturun təkmilləşməsindən, nəinki paytaxtımızın, ucqar rayonlarımızın belə sürətli inkişafından və bütün bunların məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində mümkün olduğunu qeyd etdi. Azərbaycanın 2003-cü ildən başlayaraq hörmətli Prezidentimiz İlham Əliyevin geniş fəaliyyəti nəticəsində daha ciddi uğurlara imza atmasından söz açdı, həmçinin Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticələri barədə məlumat verdi və bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
ADPU-nun Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Rəcəb Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev çıxış edərək müstəqilliyin Azərbaycan xalqının və dövlətinin inkişafındakı məziyyətlərindən söz açdılar.
ADPU-nun Mətbuat Xidməti