Təhsil Nazirliyinin və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilən "Masallı ASAN Məktəbli Debat Kuboku: 2016" yekunlaşıb.
İlk mərhələdə “ASAN həyat” kompleksinin nəzdində yerləşən İntellektual Mərkəzdə Milli Debat Proqramının təlimçisi tərəfindən Masallı şəhərinin ümumtəhsil məktəblərinin müəllimlərinə təlim keçirilib. Daha sonra müəllimlər turnirdə iştirak edəcək komandaları müəyyənləşdirərək debat yarışına hazırlaşıblar.
Qrup oyunları mərhələsində Masallının 7 məktəbindən olan 13 komanda sosial şəbəkələrin cəmiyyətdəki rolu haqqında debatlar aparıb. Debat oyunlarının nəticəsində final mərhələsinə Çaxırlı kənd tam orta məktəbini təmsil edən "Facebook" komandası və "Dəfinə" məktəb-liseyini təsil edən "Lider" komandası vəsiqə qazanıb. Hakimlərin qərarı ilə "Lider" komandası qalib olub.
Turnirin qalib və finalçılarına, komandaları hazırlaşdıran müəllimlərə və ən yaxşı natiqlərə sertifikat verilib.
Tehsil-press.az