Abşeron rayonunun Masazır qəsəbəsindəki Əliağa Vahid adına 1 nömrəli tam orta məktəb 1948-ci ildən fəaliyyət göstərir.Məktəbə Etibar Orucov rəhbərlik edir.
Qısa tanışlıq:
-Etibar Əlioğlu Orucov 1967-ci ildə anadan olub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnistitunu (indiki Bakı Slavyan universiteti )bitirib.1991-ci ildə Abşeron rayon komsomol komitəsində işləyib.1999-2006-cı illərdə Abşeron Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.2006-cı ildən Masazır qəsəbəsindəki Əliağa Vahid adına 1 nömrəli məktəbin direktorudur.
Təhsil ocağında hal hazırda 1131 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 105 müəllim məşgul olur.Onuda qeyd edək ki,məktəbdə dərslər iki növbəlidir,uşaqların tədrisi yaxşı mənimsəməsi üçün demək olar ki,şərait ürək açan deyil,belə desək məktəbdə uşaq sıxlığı var.Bunun üçün yeni korpusun tikintisinə ehtiyac duyulur.Məktəbdə uşaqlar üçün hər cür şərait yaradılıb,burada təcrübəli,işinin bilicisi və peşəsini sevən müəllimlər məşğul olurlar.Kecən dərs ili məktəb üçün uğurlu olub.Belə ki,33 məzundan 4 nəfəri 600-dən çox bal toplayıb,ölkəmiz ən reytinqli ali təhsil ocağının tələbəsi olublar.2014-cü ildə məktəbin müəllimi Bilqeyis Quliyeva ‘’ilin müəllimi’’adına layiq görülüb.Qeyd edək ki,Bilqeyis müəllimə həmidə şagirdləri tərəfindən çox sevilir.Buna sübut kimi məktəbin divar və foyesini bəzəyən əl işləri kifayət edir.Şagirdlərin əl işlərinə baxdıqca heyrətlənməyə bilmirsən. Sanki hər bir əl işi bir rəssam düşüncəsinin məhsuludur.Burada hər şey göz oxşayır.Bütün bu könül dünyasının demək olar ki, müəllifləri məhz məktəbin şagirdləridir.
Məktəb vətən uğrunda da öz borcunu layiqlə yernə yetirib desək yanılmarıq.Elşən Qulamov,Rza Talıbov,Nazim Əsədov,Afiq Abdulhesynov,Hamlet Həşimov,Faiq Həsənov qəhrəmancasına öz canlarını vətən,torpaq uğrunda qurban veriblər.Onların gənc,məsum baxışlı şəkillərinə baxanda insanın qəlbində qanı donur,hər səhər dərsə gələn və dərsdən evə gedən gənclərimiz onların şəkillərinə baxır və ürəklərində onlara söz verirlər ki,sizin qanınız heç vaxt yerdə qalmayacaq.
Məktəb direktoru Etibar Orucovla söhbət edirik.O deyir:
-İnsan elmi biliklərin əsaslarına orta məktəbdə yiyələnir.Məqsədimiz vətən üçün layiqli,sağlam ruhlu vətəni sevən övlad yetişdirməkdir.Bunun üçün ilk növbədə onların təlim-tərbiyəsi,dərsə davamiyyəti ilə ciddi məşğul olunmalıdır.Qeyd edək ki,tərbiyə işinə kompleks yanaşaraq ailə ilə məktəbin möhkəm və sıx əlaqəsinə nail olmaq müstəqil Azərbaycanımıza gələcəyin fəal qurucusu olan layiqli vətəndaşlar,Mübariz kimi qeyrətli oğullar və Salatın kimi vətənpərvər qızlar yetişdirməkdir.Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir,hərbi-vətənpərvərlik mövzusuna geniş yer verilir.Hər il 20 yanvar faciəsi ,Xocalı soyqırımı günü və işgal olunmuş rayonlar yad edilir,həmişə hadisələr barədə müxtəlif tədbirlər keçirilir.Odur ki,sinifdən xaric və məktəbdən kənar tədbirləri daim diqqət
mərkzində saxlayırıq.Çünki hər bir tədbir ən çox yadda qalan maraqlı bir dərsdir.Tanınmış adamlarla yazçı və şairlərlə keçirilən görüşlər uşaqlar üçün daha maraqlı olur. Məktəbimiz öz bacarıqlı idmançılar ilə də fəxr edir.Məktəbin IX sinif şagirdi Nurlan Rəsulov 2017-ci ildə 62 kq çəki dərəcəsində ağır atletika üzrə Azərbaycan çempionu olmuşdur.Digər şagirdlərimizdə idmana yüksək həvəs və maraq göstərirlər.Onu da qeyd edim ki, şagirdlərimiz vətən qarşısında vəzifələrini yaxşı başa düşür anlayırlar ki, ölkənin layiqli vətəndaş olmaq üçün elmi biliklərə dərindən yiyələnmək,gələcəyin savadlı övladları olmaq,düşmənə qalib gəlmək üçün ,əsl ziyalı kimi yetişmək lazımdır.Ona görə də məktəbin hər bir şagirdi yaxşı oxuyur sinifdən-sinfə uğurlu nəticələr əldə edirlər.Sonda Etibar müəllim hər birimizin yaralı yerə olan Qarabağ məsələsinədə toxundu.
-Bu gün Azərbaycan müharibə şəraitində yaşayır.Hələ müharibə bitməyib.Torpaqlarımız düşmən işğalına məruz qalıb.Dədə-babalarımızın uyuduğu müqəddəs torpaqlarımız öz xilaskarını gözləyir.Hər bir əsgər və zabitimiz Ali Baş komandan İlham Əliyevin əmrini gözləyir.Açıq etiraf edirəm ki, məktəbimizin hər bir şagirdidə lazım gələrsə ,silaha sarılıb cəbhəyə getməyə,torpaqlarımızı azad etməyə hazırdı.Amma şagirdlərimiz ona da əmindilər ki tezliklə torpağımız azad olacaq, qaçqınlarımız doğma yurda qayıdacaqlar.
Bizdə sizin arzularınıza qoşuluruq,Etibar müəllim və təki bütün arzu və diləklərimizə qovuşaq,tezliklə doğma Qarabağımıza, ata-baba yurdumuza qayıdaq...AMİN...

Afət Abbasova