Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda rəsmi qəbul keçirilib

Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda rəsmi qəbul keçirilib Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə sentyabrın 1-də Türkiyənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Tehsil-press.az-ın məlumatıa görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər. Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik nitqinin mətni oxunub. Sonra tədbir ziyafətlə davam edib.


Tehsil-press.az

Oxşar xəbərlər