Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına 50 gün qalmasını qeyd etmək məqsədlə bu gün Bakı bulvarında “Grassroots” proqramı çərçivəsində tədbir keçirilib.
Təhsil-press.az-ın məlumatına görə, tədbirdə əvvəlcə Bakı-2017-nin idmançı səfirlərinin iştirakı ilə insanları idmana cəlb etmək məqsədilə açıq havada idman sessiyası olub.
Sonra tədbir çərçivəsində keçirilən viktorinalarda qalib gələn iştirakçılar hədiyyələr qazanıb.
Tədbir iştirakçıların böyük marağına səbəb olub.
Bakı-2017-nin ulduz səfiri Tünzalə Ağayeva istedadlı könüllülərə dəstək məqsədilə keçirilən bu layihəyə görə çox sevindiyini deyib və hər kəsi idmançılara dəstək olmağa çağırıb.
Bakı-2017-nin idmançı səfiri Rəsul Çunayev isə “Grassroots” proqramı çərçivəsində gənclərin idmana cəlbi məqsədilə həyata keçirilən layihələrdə iştirak etdiyini bildirib: “Bu gün artıq “İslam Həmrəyliyi Oyunlarına 50 gün qaldı” tədbirini qeyd edirik, yəni Oyunlara az qalıb. Ümidvaram ki, ölkəmizə böyük uğurlar qazandıracağıq. Hər kəsi biz idmançılara dəstək olmağa çağırırıq”.
Təhsil-press.az