Vergilər Nazirliyi borcu olan şou-biznes üzvlərinin yeni siyahısını açıqlayıb.
Tehsil-press.az-n məlumatına görə, siyahıda maraqlı məqam ondan ibarətdir ki, uzun müddətdir vergiyə borclu olan Abbas Bağırovun adı bu dəfə buradan çıxarılıb.
Belə məlum olur ki, əməkdar artist 30 min manat dəyərində olan borcunu ödəyib.
Bu məqamda xatırladaq ki, vergidən yayındığı üçün Bağırovun ölkədən çıxışına qadağa qoyulmuşdu.
Ondan başqa, digər sənətçilər-Brilliant Dadaşova, Rəqsanə İsmayılova, Elza Seyidcahan, Ayaz Qasımov, Mətanət İsgəndərli də adlarını borclu siyahısından sildirə biliblər.
Bununla yanaşı, siyahıda borcları qeyd-şərtsiz silinmiş məşhurların adlarına da rast gəlmək mümkündür.
Onlar arasında xalq artisti Gülyanaq Məmmədova və müğənni Zamiq Hüseynovun adları əks olunub.
Tehsil-press.az