Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin 70 faizi başa çatıb.
Təhsil-press.az-ın məlumatına görə, bunu "Petkim Petrokimya Holding. A.Ş"nin baş direktoru Anar Məmmədov deyib. Onun sözlərinə görə, TANAP Türkiyənin qaza olan tələbatının bir hissəsini təmin edəcək:
"Bu layihə vasitəsilə 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya ilk qazın çatdırılması planlaşdırılır. Tikintidə heç bir ləngimə yoxdur".
Qeyd edək ki, TANAP layihəsinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr qaz təşkil edəcək. Onlardan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük olunacaq.
Təhsil-press.az