Bu gündən başlayaraq, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Tehsil-press.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının 9 aprel 2017-ci il tarixində keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM-də Apelyasiya Komissiyası yaradılıb.
Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, A.Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 10-12 aprel 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Tehsil-press.az