Bu ölkənin ordusunda qadın hərbçilərin sayı artırılacaq

Bu ölkənin ordusunda qadın hərbçilərin sayı artırılacaq Yaponiyanın müdafiə naziri Tomomi İnada ölkə ordusunun kəşfiyyat bölmələrinə və tank qoşunlarına qadınların cəlb olunmasına qoyulan məhdudiyyətin aradan qaldırıldığını elan edib.

Təhsil-press.az-ın məlumatına görə, nazir həmçinin özünümüdafiə qüvvələrinin sıralarında qadın qulluqçuların sayının artırılmasının da nəzərdə tutulduğunu deyib.
Beləliklə, Yaponiya ordusunda qadınların xidmətinə məhdudiyyət yalnız radioloji müdafiə və sualtı qayıq bölmələrində qüvvədə qalacaq.

Təhsil-press.az

Oxşar xəbərlər