Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin təqdimetmə mərasimi keçirilib.
Öncə çıxış edən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, kitabın elmi redaktoru, dosent Samir Həmidov dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq hazırlanan kitab haqqında qonaqlara məlumat verib. O, Azərbaycanda və regionda ilk dəfə olaraq beynəlxalq təhlükəsizliyin ümumi-nəzəri və regional problemlərinin kompleks şəkildə, sistemli olaraq dərindən təhlil edildiyini və öyrənildiyini diqqətə çatdırıb. Beynəlxalq təhlükəsizliklə bağlı bütün məlumatların kitabda əks olunduğunu deyən S.Həmidov istifadə olunmuş anlayış və terminlərin tam olaraq izah edildiyini qeyd edib. O, milli maraqların əsas götürüldüyü dərsliyin üz qabığı ilə məzmununun bir-birini tamamladığını söyləyib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev kitab yazmağın vacibliyini vurğulayaraq bu təqdimatın ən gözəl təqdimetmə mərasimi olduğunu bildirib. Son 10 ildə kitab nəşrinə görə İnkişaf Etməkdə Olan Ölkələrin (İEOÖ) İnkişaf Etmiş Ölkələrdən (İEÖ) ön sırada qərar tutduğunu diqqətə çatdıran professor kitab nəşrinə diqqət ayırmağın əhəmiyyətindən söz açıb. Çıxışının sonunda o, dəvəti qəbul edən hər bir kəsə minnətdarlığını ifadə edib.
Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabın ərsəyə gəlməsinin professor Ə.Abdullayevin birbaşa dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O, kitabın adının dəqiqliklə seçildiyini bildirib. Millət vəkili ictimai-siyasi sabitlik, təhlükəsizlik və davamlı inkişafın bir-biri ilə sıx əlaqədə olduğunu söyləyib. Professor təhlükəsizliklə bağlı məlumatları kompleks şəkildə özündə əks etdirən kitabın həm tələbələr, həm də müəlllimlər üçün səmərəli olacağına əminliyini ifadə edib.

ADU-nun Mətbuat Xidməti