”24-27 aprel 2017-ci il tarixində Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib”.
Tehsil-press.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu fakt Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən müəyyən olunub, dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.
Azərbaycan Respublikasının BƏƏ-dəki səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən məsələ nəzarətdə saxlanılır.
Sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur. Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir.
Tehsil-press.az