Sankt-Peterburqda konfrans zamanı erməni alimin provokasiyasının qarşısı alınıb.
AMEA-dan Tehsil-press.az-a verilən məlumata görə, sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda Dövlət Ermitajında II Beynəlxalq “ICON II” konfransı keçirilib. Şərq numizmatikası mövzusuna həsr olunan II Beynəlxalq “ICON II” konfransında Azərbaycan alimləri də məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Aleksandr Akopyanın “1747-1827-ci illərdə Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) zərbxana işi” mövzusunda təhrikçi xarakterli məruzə ilə çıxış etməsi nəzərdə tutulurdu. Erməni tərəfin növbəti dəfə Azərbaycanın tarixi dəyərlərini və mədəni irsini mənimsəmək cəhdləri geniş rezonans doğurub və ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Konfransın əhəmiyyəti və tədbirdə Azərbaycan alimlərinin iştirakının aktuallığı nəzərə alınaraq, AMEA və Azərbaycanın Rusiyadakı səfirliyi ilə yanaşı, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğu da Dövlət Ermitajının direktoru Mixail Piotrovskiyə məktub göndərərək Azərbaycan alimlərinin akkreditasiyasına kömək göstərilməsini xahiş edib. AMEA: Sankt-Peterburqda ermənilərin növbəti təxribatının qarşısı alınmalıdır.
Tehsil-press.az