İraqda terror aktı törədildi

İraqda terror aktı törədildi İraqın qərbində toy zamanı törədilən partlayış nəticəsində azı 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Tehsil-press.az xəbər verir ki, bu haqda İraqın "As-Sumariya" telekanalı məlumat yayıb. İnformasiyaya əsasən, minalanmış avtomobil Bağdaddan 50 km aralı Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubnda yerləşən Amariya yaşayış məntəqəsindəki toyda partladılıb. Xəbərə görə, partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

Tehsil-press.az

Oxşar xəbərlər