İtaliyanın mədəniyyət nazirinin müavini ADU-da olub

İtaliyanın mədəniyyət nazirinin müavini ADU-da olub Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olan İtaliyanın mədəniyyət nazirinin müavini Antimo Çezaro Azərbaycan Dillər Universitetinin (ADU) italyan dili ixtisası üzrə təhsil alan tələbələr ilə görüşüb.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşəbbüsü, Fransız və italyan dillərinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə baş tutan görüşdə açılış nitqi ilə çıxış edən J.Qəribova qonağı ADU-da görməkdən məmnun olduğunu bildirib və onu tələbələrə təqdim edib.
ADU-nun italyan dili ixtisası üzrə təhsil alan tələbələr ilə görüşmək məqsədi ilə universitetə gələn A.Çezaro çıxışında Azərbaycan və İtaliyanın qədim tarixə, zəngin mədəniyyətə malik ölkələr olduğunu vurğulayıb, iki dövlət arasındakı əlaqələrin bu gün də iqtisadi, ictimai-siyasi, mədəni və təhsil sahəsində inkişaf etdiyini bildirib. İnteraktiv formada keçən görüşdə A.Çezaro mədəniyyətin funksionallığı və təsir gücündən bəhs edərək təmsil etdiyi ölkəni dünyaya tanıdan konseptlərdən və onun mədəni sərvətlərinin strateji resurs kimi istifadə edilməsindən bəhs edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, görüşdə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutilo da iştirak edib.

ADU-nun Mətbuat Xidməti


İtaliyanın mədəniyyət nazirinin müavini ADU-da olub

Oxşar xəbərlər