Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın yeni seçilmiş 16 həqiqi və 25 müxbir üzvünə diplomlar təqdim olunub.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə yeni üzvləri təbrik edərək onlara elmi fəaliyyətləri sahəsində dövlət siyasətinin əsas prinsip, məqsəd və prioritetlərinin həyata keçirilməsində uğurlar diləyib, onları Azərbaycan elminin davamlı inkişaf naminə səfərbər olmağa çağırıb.
Sonra AMEA prezidenti Akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı və vəsiqələri təqdim edib.
Bundan əlavə, "Magistr 2017" müsabiqəsinin 8 qalibinə də mükafatlar təqdim edilib. Müsabiqədə iştirak etmək üçün AMEA-nın 45 magistrantı sənədlərini təqdim edib. Seçim zamanı tələbələrin magistraturaya qəbul imtahanında topladığı ballar, onların imtahan sessiyalarında qazandıqları və ümumi orta müvəffəqiyyət göstəriciləri, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələr, təcrübəkeçmə, konfrans və ictimai tədbirlərdə iştirak nəzərə alınıb.

Kəmalə Rəhimli