Bulvarda kişi özünü dənizə ataraq intihar edib

Bulvarda kişi özünü dənizə ataraq intihar edib Dənizkənarı Milli Parkda kişi intihar edib.

Təhsil-presss.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilmiş və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:52-də başa çatıb.

Təhsil-press.az

Oxşar xəbərlər