Xruşşovun nəvəsi faciəvi şəkildə öldü

Xruşşovun nəvəsi faciəvi şəkildə öldü Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nikita Xruşşovun nəvəsi faciəvi şəkildə vəfat edib.
Təhsil-press.az RİA Novosti-yə istinadən xəbər verir ki, Yuliya Xruşşova Moskvada elektrik qatarının altında qalıb.
Bu barədə məlumat mətbuata hüquq-mühafizə orqanlarından sızıb. Hadisə “Solneçnaya” stansiyasında qeydə alınıb. Şahidlərin məlumatına görə, 77 yaşlı Xruşşovanı Vnukovo-Moskva qatarı vurub.
Daxili İşlər Nazirliyi qəzanı və 1940-cı il təvəllüdlü qadının ölməsi faktını təsdiqləsə də, detalları açıqlamayıb.
Qeyd edək ki, Nikita Xruşşovun oğlu Leonid Xruşşov pilot-qırıcı olub. Döyüş tapşırığından qayıtmadıqdan sonra atası onun qızını övladlığa götürüb. Beləliklə də Yuliya Xruşşova elə babasının yanında böyüyüb.

Təhsil-press.az

Oxşar xəbərlər