Sentyabrın 18-də UNEC rektoru, professor Ədalət Muradov yeni tədris ilində 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olan tələbələrlə görüşüb.
Tələbə adını qazanması münasibəti ilə I kursları təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb.
Peşə seçiminin insan həyatının ən önəmli mərhələlərindən biri olduğunu diqqətə çatdıran Ə.Muradov iqtisadçı ixtisasına bütün dövrlərdə ehtiyac duyulduğunu bildirib. Öz peşəsinə mükəmməl yiyələnən mütəxəssisin daha da faydalı kadr olmasında mühüm faktorlardan birincisinin vətəni və milləti sevmək olduğunu vurğulayıb.
I kurs tələbələrinə keyfiyyətli təhsilə təsir edən üç əsas amildən söz açan rektor, bunları savadlı müəllim, onun ötürdüyü bilikləri qavramaq iqtidarında olan bacarıqlı tələbə və müasir texnologiyaların tətbiqi kimi səciyyələndirib. UNEC-in Avropanın nüfuzlu universitetlərindən məzun olan müəllimlərindən, iki ildir uğurla tətbiq edilən Elektron Universitet Modelindən danışıb. Son illər UNEC-ə qəbulda müşahidə edilən müsbət dinamikaya diqqət çəkib: “4 il əvvəl 600 bal toplayaraq UNEC-ə qəbul olanların sayı 45 nəfər idisə, bu il II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlərin 60 faizi UNEC-i seçib. Eləcə də, II ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülənlərin 74%-i UNEC tələbəsidir. Ötən il UNEC-ə 6, 2014 və 2015-ci illərdə isə 1 nəfər Prezident təqaüdçüsü qəbul olub. Ölkə üzrə ən yüksək nəticəni göstərən Cavad Əliyev ilə Arzu Məmmədzadənin UNEC-i seçməsi də xüsusi vurğulamaq istəyirəm”.
UNEC-in beynəlxalq əlaqələrindən, ikili diplom proqramlarından danışan rektor Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu Azərbaycanda əldə etmək imkanından danışıb. Fransanın ən qədim ali təhsil ocaqlarından olan Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramından söz açıb.
Təhsil nazirli Mikayıl Cabbarovun razılığı ilə Azərbaycan təhsil tarixində ilk dəfə UNEC-də start verilən Universitet Daxili İki Diplom (UDİD) proqramı barədə ətraflı məlumat verən Ə.Muradov 4 ilə 2 diplom qazanmağın tələbələrin rəqabətədavamlı mütəxəssis kimi hazırlanmalarında, əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaqda böyük əhəmiyyəti olacağını vurğulayıb.
Görüşdə 2017-ci ilin sonuna qədər UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın tələbələrin istifadəsinə veriləcəyi bildirilib.
Azərbaycanda ilk dəfə UNEC-də dünyaca məşhur “Science Slam” elm müsabiqəsinin keçirildiyini diqqətə çatdıran Ə.Muradov tələbələri öz tədqiqatları ilə müsabiqəyə qatılmağa dəvət edib. “Tələbə cəmiyyəti öz-özünü idarə edə bilən cəmiyyət olmalıdır” deyən rektor, ölkədə tələbə rektorun fəaliyyət göstərdiyi yeganə ali təhsil ocağının UNEC olduğunu diqqətə çatdırıb. Tələbə rektor Cabbar Hüseynlini və tələbə təşkilatlarının rəhbərlərini I kurs tələbələrinə təqdim edib. Onlara İnnovativ Biznes İnkubatoru barədə məlumat verərək, burada öz startap layihələrini reallaşdıra biləcəklərini söyləyib. Gəncləri tələbəlik həyatında fəal olmağa səsləyən rektor UNEC-də gedən müsbət proseslərdə müşahidəçi yox, iştirakçı qismində çıxış etməyi tövsiyə edib.
Görüşün sonunda rektor I kurs tələbələrini maraqlandıran sualları cavablandırıb.
UNEC-in Mətbuat Xidməti