Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində şagirdlərlə Azərbaycandan və Avropa İttifaqına üzv ölkələrdən olan tələbələrin görüşü keçirilib.
Görüşün keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdləri ilə gənclər arasında dialoq yaratmaq, beynəlxalq əlaqələri genişləndirmək, təhsilin inkişafı üçün təcrübə mübadiləsi aparmaqdır.
Görüşlərdə Avropa ölkələrinin Azərbaycan ilə tərəfdaşlığı və mövcud imkanlar barədə söhbət açılıb. Həmçinin Avropa İttifaqının dəyər və strukturu haqqında danışılıb, bu qurum barədə gənclərin təəssüratları müzakirə edilib. Müxtəlif mövzulara həsr olunmuş təqdimatlarla çıxış edən qonaqlar valideynlərin məktəb idarəetməsinə cəlb olunmalarının əhəmiyyətindən danışıblar.
Görüş zamanı şagirdlərin dil vərdişlərinin artırılmasına xidmət edən layihələrdən də bəhs olunub. Xarici dillərin tədrisi üzrə mövcud ehtiyaclar, tələblər və beynəlxalq təcrübənin yerli arenada tətbiqi barədə səmərəli fikir mübadiləsi aparılıb.