“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı

“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı Xətai Rayon İcra Hakimiyyəti YAP Xətai rayon təşkilatı ilə birlikdə 5 oktyabr Müəllimlər Günü münasibətilə rayonun 37 məktəbinin kollektivini təmsil edən müəllimlər üçün Bakı Əyləncə Mərkəzində bayram tədbiri təşkil edib.
Təhsil-press.az xəbər verir ki, çıxışına salona toplaşan müəllimlərin simasında bu adı şərəflə daşıyan bütün Azərbaycan müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklə başlayan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, son 15 ildə müstəqil Azərbaycanın təhsil sistemində baş verən qlobal dəyişiliklər bütün səviyyələrdə özünü göstərməkdədir. Bu, bir tərəfdən ümummilli lider Heydər Əliyevin təhsili müstəqil dövlətçiliyin inkişaf strategiyasında prioritet elan etməsi ilə bağlıdırsa, digər tərəfdən prezident İlham Əliyevin bu sahəni müasir dövrün tələblərinə cavab vermək iqtidarında olan bir səviyyəyə qaldırmaq üçün həyata keçirdiyi möhtəşəm dövlət proqramları ilə birbaşa bağlıdır. “Neft kapitalını insan kapitalına çevirmək” kimi çox mühüm bir vəzifə irəli sürən dövlət başçısı bu işdə müəllimlərimizin üzərinə həqiqətən strateji bir vəzifə qoyub:
"Müstəqilliyimizin ilk illərində müəllimlərimiz son dərəcə gərgin bir vəziyyətdə işləməklə yanaşı, həm də yarıtmaz bir şəraitdə dərs keçməli olurdular. Bu illər ərzində, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” layihəsi də daxil olmaqla, gerçəkləşən dövlət proqramları məktəblərimizə və müəllimlərimizə özlərinin əsas və başlıca işlərini görməyə – uşaqlara sözün əsl mənasında təhsil verməyə geniş imkanlar yaratdı. Bu imkanlar indi qürur doğuran böyük uğurlara gətirib çıxarıb".
İcra başçısı ölkənin təhsil sahəsində əldə ediyi uğurlarda Xətai rayonunun da xüsusi payı olduğuna bildirərək qeyd edib ki, bu illər ərzində ölkədə yeni tikilən, tam əsaslı təmir olunan və ən müasir tədris avadanlığı ilə təchiz edilən 3 mindən çox məktəbin 37-si məhz Xətai rayonundadır. Bu gün təmirsiz məktəbi qalmayan Xətai rayonu dövlət başçısının bu qayğısına cavab olaraq artıq bir neçə ildir ki, ali məktəblərə qəbul göstəricilərinə görə nəinki Bakıda, bütün respublikada birincilər sırasına yüksəlir.
Razim Məmmədov rayonun orta məktəb məzunlarının qazandığı nailiyyətləri sadalayaraq bildirib ki, 2016-2017-ci tədris ilində Xətai rayonundan ali məktəblərə sənəd verən 2321 məzundan, 1715-i, yəni 74 faizi tələbə adını qazanmışdır. Keçən il bu rəqəm 70 faiz idi: "158 məzunumuz xarici ölkələrin universitetlərinə qəbul olub. 8 məzunumuz məktəbi qızıl medalla bitirib, 60 məzunumuz 650-dən yuxarı, bir məzunumuz isə 700 bal toplayaraq ali məktəblərə qəbul olunublar. Əlbəttə, bu uğurlar, müəllim adını daim yüksək tutan rayonun orta ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin gərgin və fədakar əməyinin nəticəsidir. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il də rayonumuzun 3 müəlliminin fədakar əməyini yüksək dövlət mükafatına layiq görüb. 269 nömrəli orta məktəbin direktoru Alla Vəzirova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 257 nömrəli orta məktəbin biologiya müəllimi İradə Seyidova və 191 nömrəli orta məktəbin riyaziyyat müəllimi Fərhad Tağıyev “Tərəqqi” medalı ilə təltif ediliblər".
Təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov qeyd edib ki, indi hər hansı məktəbi qiymətləndirmək üçün əsas meyar yaxşı müəllimdir. Biz təhsil sistemində hansı islahatı keçirirk keçirək, əgər orada yaxşı müəllim yoxdursa, bu islahat heç bir uğur qazanmayacaq. Pedaqoq təhsil islahatında əsas simadır, o gündəlik fəaliyyəti ilə xarici görkəmindən başlayaraq nümayiş etdirdiyi vətəndaş mövqeyinə qədər özü-özünə münasibət formalaşdırır. Almaniyanın böyük dövlət xadimi Otto Bismarkın çox dəyərli bir fikri var: “Müharibəni generallar yox, sadə kənd keşişləri və kənd müəllimləri udur”. Bəli, müstəqil Azərbaycana siz müəllimlərin ali məktəb auditoriyalarına yola saldığı və orada yetişən savadlı iqtisadçılar, alimlər, mühəndislər, siyasətçilər, həkimlər lazım olduğu kimi bilikli, vətənpərvər, mərd və cəsur əsgərlər də lazımdır. Bu mənada şübhəsiz müəllim adını daşıyan sizlərin üzərinə həqiqətən çox böyük və şərəfli vəzifələr düşür.
Toplantıda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, şöbə müdiri Pənah İmanov, 287 saylı Zəkalar liseyinin direktoru, YAP Xətai rayon qadınlar şurasının sədri Aygün Əhmədli və başqaları müəllimləri təbrik edib, onlara növbəti tədris ilində daha böyük uğurlar arzulayıblar.
Bayram tədbirində ötən tədris ilində fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin pedaqoji kollektivlərinin nümayəndələri Xətai rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar. Sonda tanınmış incəsənət ustalarının ifasında konsert proqramı verilib.

“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı“Ən müasir 37 məktəb Xətai rayonundadır” - İcra başçısı

Təhsil-press.az

Oxşar xəbərlər