BANM və Yuri Kondratyuk adına Poltava Milli Texniki Universiteti əməkdaşlıq edəcək

BANM və Yuri Kondratyuk adına Poltava Milli Texniki Universiteti əməkdaşlıq edəcək Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin nümayəndə heyətini qəbul edib.
Səfərin məqsədi tədris müəssisələri arası münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli Anlaşma Memorandomunun imzalanması olub.
Nümayəndə heyəti Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenko, Elm və Təhsil məsələləri üzrə rektorun birinci müavini Boqda Korobko, beynəlxalq əməkdaşlıq üzrə prorektor Svetlana Sivitskaya və idarəetmə heyətinə daxil olan digər önəmli şəxslərdən ibarət olub. 1930-cu ildən bəri fəaliyyət göstərən Poltava Milli Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbinə olan marağından danışaraq, qısa müddət ərzində əldə edilən nüfuz və nailiyyətlərə görə BANM-in rektoru Elmar Qasımovu təbrik ediblər.
BANM-in Rektoru isə öz növbəsində qonaqlara təşəkkürünü bildirərək, BANM-in partnyorluq etdiyi universitetlər sırasına qoşulan Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetilə başlanan münasibət və əməkdaşlığın tezliklə öz bəhrəsini verəcəyindən əmin olduğunu qeyd edib.

BANM-nin Mətbuat xidməti




Oxşar xəbərlər