Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Dünya Bankının sertifikatı təqdim olunub

Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Dünya Bankının sertifikatı təqdim olunub Azərbaycan Texnologiya Universitetində (ATU) Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Maliyyə savadlılığının artırılması” layihəsində iştirak edən tələbələrə sertifikatlar təqdim olunub. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin layihədə iştirak edən 46 tələbəsilə görüşdə dekan Nüşabə Hacıyeva onları layihənin uğurla başa çatması münasibətilə təbrik edib. O, bildirib ki, tələbələr layihədə könüllü qismində iştirak edərək 5 ay müddətində 5 qrup şəklində Göygöl, Şəmkir, Goranboy, Mingəçevir və Yevlax şəhərlərində ümumilikdə 276 respondentlə görüşüb. Bu isə tələbələrə həm nəzəri biliklərini zənginləşdirmək, həm də bu biliklərin praktik tətbiqini öyrənmək imkanları təqdim edib. Könüllü tələbələrələ yanaşı layihədə həmçinin universitetin 6 əməkdaşı da iştirak edib.
Tələbələr də öz növbəsində bu səmərəli layihədə iştirak etmək imkanı əldə etdiklərinə görə həm universitet rəhbərliyinə, həm də Dünya Bankının nümayəndələrinə minnətdarlıq ediblər. Onlar qeyd edib ki, 2 ay müddətində layihə iştirakçılarına Dünya Bankının yerli və xarici təlimçiləri tərəfindən seminarlar keçilib. Tələbələr bu təlimlərin onların gələcək karyeraları üçün böyük əhəmiyyət kəsb edəcəyinə inandıqlarını bildiriblər.
Sonda layihə iştirakçılarına Dünya Bankının layihəsində iştiraka dair sertifikat təqdim olub.

Mətbuat xidməti


Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Dünya Bankının sertifikatı təqdim olunub


Oxşar xəbərlər