Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutunun direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Oqtay Səmədovla görüşüblər.
AMEA-dan tehsil-press.az-a bildiriblər ki, görüşdə qonaqlara RPİ-nin tarixi, laboratoriyaları, elmi fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Sonra onlar institutun laboratoriyalarının tədqiqat prosesi ilə tanış olublar.
Çexiyalı alimlər RPİ-nin radiasiya cihazqayırma, radiobiologiya və radioprotektorlar laboratoriyaları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Tehsil-press.az