Aqder Universitetinin müəllimləri ADU-da mühazirə oxuyub

Aqder Universitetinin müəllimləri ADU-da mühazirə oxuyub Oktyabrın 30-da Norveçin Aqder Universitetinin müəllimləri Elise Seip Tönessen və Gro Renee Rambö Azərbaycan Dillər Universitetinin (ADU) Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Akademik mətnlərdə mənbələrdən düzgün istifadə qaydaları” adlı mühazirə oxuyub. Qeyd edək ki, mühazirə ADU və Aqder Universiteti arasında Norveçin Təhsildə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (SIU) 2017-2018-ci illəri əhatə edən “Akademik yazı və oxuya tənqidi yanaşma” adlı əməkdaşlıq layihəsi çərçivəsində baş tutub.
Xatırladaq ki, eyniadlı layihə çərçivəsində 2017-ci ilin 4-5 may tarixlərində hər iki müəllim ADU tələbələrinə mühazirə oxuyub.

ADU-nun Mətbuat xidməti


Aqder Universitetinin müəllimləri ADU-da mühazirə oxuyubAqder Universitetinin müəllimləri ADU-da mühazirə oxuyubAqder Universitetinin müəllimləri ADU-da mühazirə oxuyub

Oxşar xəbərlər