İstanbul Universitetində Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantı keçirilib.
Oktyabrın 30-da işə başlayan toplantıda Azərbaycandan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Texniki Universitetin rektoru Xalıq Yahudov, Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, Türkiyədən isə İstanbul Universitetinin rektoru Mahmut Ak, Sakarya Universitetinin rektoru Muzaffer Elmas, Fatih Sultan Mehmet Vakif Universitetinin rektoru Musa Duman, Kocaeli Universitetinin prorektoru Ahmed Küçük, Maarif Fondunun idarə heyətinin üzvü Nədim Kaya və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan və Türkiyə ali məktəbləri arasında əlaqələrin vəziyyəti, tələbə və təcrübə mübadiləsinin əhəmiyyəti, ikili diplomların verilməsi yolları, təhsillə bağlı əməkdaşlığın inkişafına mane olan əngəllər barədə müzakirələr aparılıb və digər məqamlardan danışılıb.
Azərbaycanlı alimlər diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu təhsil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ali məktəbləri Almaniya, İngiltərə, Yaponiya, İspaniya, Rusiya, Rumıniya, İtaliya kimi böyük dövlətlərin ali təhsil müəssisələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramının uğurlu gələcəyini təmin etmək üçün, ilk növbədə, diplomların qarşılıqlı tanınması, ortaq təhsil proqramlarının müəyyən edilməsi, nəzəri biliklərlə təcrübə arasında uyğunluğun təmin edilməsi istiqamətində irəliləyişlər olmalıdır.
Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev və Türkiyədəki səfirliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsibova çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər.
Ölkəmizin nümayəndə heyəti səfər çərçivəsində oktyabrın 31-də İstanbul Universitetinin laboratoriya və kafedraları ilə tanış olacaq.
Tehsil-press.az